Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev KİMDİR?
10 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8228
29.06.2026, 15:40
Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtından əvvəl müxtəlif məqsədlər üçün yararlanmasına hüquqi zəmin yaradılır.
Bəs analoji təcrübənin ölkəmizdə də tətbiq edilməsi nə dərəcədə realdır? Azərbaycanda mövcud olan pensiya modeli və qanunvericilik bazası vətəndaşlara öz yığımlarını vaxtından əvvəl, yaxud pensiya yaşı çatan kimi birdəfəlik götürməyə imkan verirmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nəzəri olaraq belə bir sistemin tətbiqi mümkündür. Amma onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində bu, nəzərdə tutulmayıb. Müsahibimiz bildirib ki, Azərbaycan fərqli bir pensiya sistemini əsas götürüb - həmrəylik prinsipi:
“Yəni indiki işləyənlər hazırda pensiyada olan şəxslərin pensiyasını ödəyirlər. Çatışmayan vəsait isə dövlət büdcəsindən qarşılanır. Ölkədəki mövcud vəziyyət belədir ki, hazırda işləyənlərin pensiya fonduna etdiyi rüsumlardan tutulan məbləğlər indiki pensiyaçıların pensiyasını tam təmin etməyə çatmır. Qalan hissəni dövlət özü ödəməlidir. Ona görə də hələ bizdə elə bir dayanıqlı pensiya sistemi və pensiya artıqlığı (profisiti) yoxdur ki, kimsə pensiyaya çıxmamışdan qabaq öz pensiyasını geri götürə bilsin".
Xalid Kərimli: İndiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da
Ekspertin dediyinə görə, gələcəkdə alternativ modellərin yaradılması planlaşdırılır:
"Hazırda "Özəl pensiya fondları haqqında" qanunun çıxarılması barədə fikirləşirlər. Kim istəyirsə, əlavə ödəniş eləməklə gələcəkdə bu fondlardan yararlana biləcək. Hələ ki qanun qüvvəyə minməyib. Yalnız o zaman özəl pensiya fondlarında, pensiyaya çıxmamışdan qabaq vəsaitin idarə olunması ilə bağlı müəyyən şərtlər qoyula bilər”.
“Şəxs dünyasını dəyişəndə vəsaitin varisliyə keçməsi və ya pensiyaya çıxanda indiki sistemdən fərqli olaraq daha çevik şəkildə istifadə edilməsi mexanizmləri reallaşa bilər. Lakin indiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da", - deyə Xaliq Kərimli əlavə edib.\\bakivaxtı.az
11:28 / 10 Noyabr 2026
1
11:16 / 10 Noyabr 2026
75
11:04 / 10 Noyabr 2026
52
10:45 / 10 Noyabr 2026
77
10:39 / 10 Noyabr 2026
386
10:32 / 10 Noyabr 2026
85
10:28 / 10 Noyabr 2026
126
10:21 / 10 Noyabr 2026
164
10:17 / 10 Noyabr 2026
108
10:15 / 10 Noyabr 2026
130
10:10 / 10 Noyabr 2026
110
09:50 / 10 Noyabr 2026
438
09:46 / 10 Noyabr 2026
105
09:35 / 10 Noyabr 2026
133
09:26 / 10 Noyabr 2026
181
09:19 / 10 Noyabr 2026
127
08:56 / 10 Noyabr 2026
235
08:46 / 10 Noyabr 2026
341
08:42 / 10 Noyabr 2026
2796
05:37 / 10 Noyabr 2026
167
05:27 / 10 Noyabr 2026
272
04:34 / 10 Noyabr 2026
164
04:12 / 10 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.