Sumqayıtda mənzildə meyit aşkarlandı
28 Avqust 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
826
29.06.2026, 20:49
Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı təqsirləndirilən Kamran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, K. Əsədovun hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Muradov məhkəmənin şahidlərin ifadəsi ilə davam etdiyini deyib.
Vəkil qeyd edib ki, məhkəmə tərkibi növbəti şahidlərin dindirilməsi və tərkibin məzuniyyətə çıxması ilə bağlı 3 avqusta təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib. Lent.az
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.