Nəhayət ki, o “Range Rover” satıldı
18 İyun 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
111
18.06.2026, 16:11
2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti və musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamət üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2026-ci ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
21:07 / 18 İyun 2026
1
20:46 / 18 İyun 2026
20
20:31 / 18 İyun 2026
149
20:19 / 18 İyun 2026
63
20:14 / 18 İyun 2026
81
20:02 / 18 İyun 2026
359
19:56 / 18 İyun 2026
82
19:38 / 18 İyun 2026
62
19:33 / 18 İyun 2026
148
19:25 / 18 İyun 2026
78
19:07 / 18 İyun 2026
82
19:03 / 18 İyun 2026
383
19:00 / 18 İyun 2026
442
18:52 / 18 İyun 2026
180
18:30 / 18 İyun 2026
64
18:22 / 18 İyun 2026
95
18:12 / 18 İyun 2026
91
18:00 / 18 İyun 2026
99
17:48 / 18 İyun 2026
118
17:44 / 18 İyun 2026
151
17:40 / 18 İyun 2026
99
17:36 / 18 İyun 2026
97
17:34 / 18 İyun 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.