TƏBİB-dən Zəhranın qəzası ilə bağlı AÇIQLAMA
18 İyun 2026, 16:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
103
18.06.2026, 11:15
Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Sammit iştirakçıları,
Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.
İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin
18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı, bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır.
Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.
Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.
Xüsusi qeyd olunmalıdır ki, bu yaxınlarda Bakı şəhərində keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı inkişaf, rəqəmsal idarəetmə, insanyönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa və qlobal dialoqa ölkəmizin verdiyi töhfənin mühüm göstəricisi oldu.
Bu kontekstdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.
Bu inkişaf tendensiyaları insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan milli insan hüquqları institutları, o cümlədən ombudsman təsisatı yeni texnoloji çağırışlar dövründə insan hüquq və azadlıqlarının müdafiəsində və hüquq mədəniyyətinin təbliğində mühüm rol oynayır.
Əminəm ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, insanyönümlü və hüquqa əsaslanan innovativ idarəetmə mexanizmlərinin təşviqinə mühüm töhfə verəcəkdir.
Bir daha sizi salamlayır, Sammitin işinə uğurlar arzu edirəm".
16:52 / 18 İyun 2026
3
16:41 / 18 İyun 2026
28
16:36 / 18 İyun 2026
49
16:26 / 18 İyun 2026
52
16:25 / 18 İyun 2026
63
16:22 / 18 İyun 2026
63
16:16 / 18 İyun 2026
45
16:11 / 18 İyun 2026
50
16:08 / 18 İyun 2026
74
16:06 / 18 İyun 2026
279
16:04 / 18 İyun 2026
96
15:56 / 18 İyun 2026
57
15:31 / 18 İyun 2026
84
15:30 / 18 İyun 2026
72
15:23 / 18 İyun 2026
62
15:20 / 18 İyun 2026
726
15:14 / 18 İyun 2026
100
15:03 / 18 İyun 2026
75
15:01 / 18 İyun 2026
72
14:54 / 18 İyun 2026
86
14:52 / 18 İyun 2026
63
14:34 / 18 İyun 2026
1655
14:30 / 18 İyun 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.