Əhaliyə sarı xəbərdarlıq edilib
16 İyun 2026, 16:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
92
16.06.2026, 13:53
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə və regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində icra olunan layihə və təşəbbüslər müzakirə olunub. Həyata keçirilən ağacəkmə aksiyalarının, yaşıllıq sahələrinin artırılmasının, mövcud meşə və ağac resurslarının qorunmasının iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, torpaq deqradasiyasının qarşısının alınması və ekoloji tarazlığın qorunması baxımdan əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və sosial-iqtisadi təzahürləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu xüsusda Xəzər dənizində baş verən dəyişikliklərin sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regionun ekoloji təhlükəsizliyinə mümkün təsirlərinə toxunulub. Məsələnin daha dərindən araşdırılması, həmçinin mümkün birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin quraqlıq və səhralaşma kimi proseslərin vaxtında qarşısının alınmasının əhəmiyyəti, eləcə də IDEA İctimai Birliyi ilə UNCCD-nin ətraf mühitin mühafizəsi, quraqlığın və torpaq deqradasiyasının qarşısının alınması və ekoloji maarifləndirmə sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
16:59 / 16 İyun 2026
1
16:57 / 16 İyun 2026
11
16:56 / 16 İyun 2026
17
16:48 / 16 İyun 2026
20
16:46 / 16 İyun 2026
153
16:32 / 16 İyun 2026
59
16:28 / 16 İyun 2026
58
16:23 / 16 İyun 2026
57
16:14 / 16 İyun 2026
71
16:04 / 16 İyun 2026
55
16:03 / 16 İyun 2026
66
16:00 / 16 İyun 2026
55
15:55 / 16 İyun 2026
86
15:50 / 16 İyun 2026
520
15:28 / 16 İyun 2026
1753
15:24 / 16 İyun 2026
90
15:18 / 16 İyun 2026
82
14:52 / 16 İyun 2026
123
14:49 / 16 İyun 2026
88
14:45 / 16 İyun 2026
96
14:37 / 16 İyun 2026
102
14:37 / 16 İyun 2026
208
14:34 / 16 İyun 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.