Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
586
16.06.2026, 14:17
Küçələrdə sahibsiz itlərin sayının artması və zaman-zaman onların insanlara hücum etməsi cəmiyyətdə ciddi narahatlıq doğuran mövzulardan biridir. Belə hallarda ən çox verilən suallardan biri isə budur: Küçədəki sahibsiz itlər kimin məsuliyyətindədir və zərərçəkmiş şəxs hansı qurumu məhkəməyə verməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ramil Süleymanov məsələnin hüquqi tərəflərini və vətəndaşların atmalı olduğu addımları diqqətə çatdırıb.
İlk növbədə hara müraciət edilməlidir?
Hüquqşünas Ramil Süleymanov bildirir ki, vətəndaşlar yaşadıqları ərazidə təhlükə hiss etdikdə hələ hadisə baş vermədən hərəkətə keçməlidirlər:
“Vətəndaş ilk növbədə yaşadığı ərazidə sahibsiz itlərin, o cümlədən quduz itlərin çoxluğu ilə bağlı müvafiq rayon və ya şəhər icra hakimiyyətinə müraciət etməlidir. O, öz həyatının faktiki olaraq təhlükədə olması ilə bağlı rəsmi məlumat verməlidir”.
Dişləmə hadisəsi baş verərsə, məhkəməyə kim verilməlidir?
Əgər edilən müraciətlərə baxmayaraq problem həll olunmazsa və bədbəxt hadisə baş verərsə, vətəndaşın hüquqi müstəviyə müraciət etmək hüququ yaranır. Hüquqşünas qeyd edir ki, bu halda məsuliyyət birbaşa yerli icra orqanlarının üzərinə düşür:
"Əgər bu müraciətdən sonra vətəndaşın həyatına risk olarsa və bununla bağlı hər hansı bir it dişləməsi halı baş verərsə, o zaman vətəndaş müvafiq rayon/şəhər icra hakimiyyətini məhkəməyə verə bilər. Vətəndaş ona vurulmuş zərərin, o cümlədən keçirdiyi mənəvi iztiraba dair kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir”.
Mövcud praktika niyə zəifdir?
Ramil Süleymanov qeyd edib ki, Azərbaycanda bu növ məsələlərlə bağlı məhkəmə təcrübəsi hələ tam formalaşmayıb. Bunun əsas səbəbi isə vətəndaşların sona qədər hüquqi mübarizə aparmamasıdır:
“İndiki halda vətəndaşlar tərəfindən bu məsələ ilə bağlı rəsmi şikayətlərin və yekunlaşdırıcı hüquqi addımların atılmaması mövcud praktikanın baş tutmamasına səbəb olub”.
Hüquqşünas vurğulayır ki, mütləq şəkildə bu qəbildən olan problemlərlə bağlı rəsmi şikayət etmək, problemi açıq şəkildə bəyan etmək və problemin həlli üçün rayon və ya şəhər icra hakimiyyətlərindən tələb irəli sürmək lazımdır.
Çimnaz Telmanqızı
18:58 / 10 Noyabr 2026
7
18:56 / 10 Noyabr 2026
34
18:39 / 10 Noyabr 2026
77
18:26 / 10 Noyabr 2026
108
18:25 / 10 Noyabr 2026
110
18:19 / 10 Noyabr 2026
98
18:17 / 10 Noyabr 2026
81
18:04 / 10 Noyabr 2026
96
18:02 / 10 Noyabr 2026
882
17:54 / 10 Noyabr 2026
107
17:42 / 10 Noyabr 2026
116
17:35 / 10 Noyabr 2026
98
17:16 / 10 Noyabr 2026
373
17:10 / 10 Noyabr 2026
140
17:06 / 10 Noyabr 2026
218
16:55 / 10 Noyabr 2026
741
16:47 / 10 Noyabr 2026
112
16:41 / 10 Noyabr 2026
106
16:35 / 10 Noyabr 2026
189
16:21 / 10 Noyabr 2026
187
16:12 / 10 Noyabr 2026
317
15:58 / 10 Noyabr 2026
138
15:44 / 10 Noyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.