Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
714
16.06.2026, 16:59
Müasir dövrdə bir çox insan təzyiq və ya nəbz ölçən cihazlarda aşağı göstəricilər görən kimi dərhal təşvişə düşür. Xüsusilə nəbzin dəqiqədə 50-60-dan aşağı olması əksər hallarda ciddi bir xəstəlik siqnalı kimi qəbul edilir. Lakin tibbi araşdırmalar və kardioloji təcrübələr göstərir ki, hər hansı bir patoloji simptomla müşayiət olunmayan aşağı nəbz, əslində, bədənin daha az köhnəlməsinin, ürəyin qənaətcil iş rejiminin və son nəticədə uzunömürlülüyün əsas göstəricisidir.
Oxu24.com xəbər verir ki, həkim kardioloq-aritmoloq Günay Rəhimova mövzu ilə bağlı açıqlama verib. Həkim bildirib ki, nəbzi aşağı olan insanlar yüksək nəbzli şəxslərlə müqayisədə həm daha uzun, həm də daha yüksək keyfiyyətli bir ömür sürürlər.
Kardioloq Günay Rəhimova aşağı nəbzin insan orqanizminə verdiyi bioloji üstünlükləri ürək əzələsinin iş prinsipi ilə izah edib:
“Ürək mahiyyət etibarilə bir əzələdir. Ürək hər yığıldıqda bədənə qan pompalayır. Nəbz aşağı olduqda, yəni ürək çox sürətlə vurmadıqda, o hər yığılmada qanı bütün bədənə tələsmədən, daha sakit və keyfiyyətli şəkildə ötürür. Bu yavaş və nizamlı mexanizm bütün daxili organların qanla daha mükəmməl şəkildə təchiz olunmasına şərait yaradır. Nəticədə pasiyent daxili bir rahatlıq hiss edir, ürək isə daha az yorulur”.
Həkim qeyd edib ki, cəmiyyətimizdə bunun tam əksi olan bir yanaşma mövcuddur. İnsanlar tonometrdə aşağı təzyiq və ya aşağı nəbz görən kimi qorxaraq dərhal həkimə qaçırlar. Halbuki, fizioloji olaraq yuxu zamanı nəbzin hətta 25-30-a qədər düşməsi belə, heç bir şikayət yoxdursa, tamamilə normal və sağlam bir hal hesab olunur.
Hansı hallarda aşağı nəbzdən qorxmalıyıq?
Aşağı nəbz (bradikardiya) hər zaman ziyansız olmur. Dr. Günay Rəhimova bildirir ki, əgər bu hal bəzi kliniki simptomlarla müşayiət olunursa, mütləq şəkildə kardioloqa müraciət edilməlidir:
“Beynin qanla yetərincə təmin olunmamasının ilkin göstəricisi ola bilər.
Ürəyin fəaliyyətində qısamüddətli dayanmaların və ya blokadaların siqnalı ola bilər.
Gün ərzində adi hərəkətlər zamanı belə yaranan kəskin halsızlıq, həkim müayinəsi zamanı kardioqrammada keçiriciliyin pozulması (blokada) və ya digər mənfi əlamətlərin aşkarlanması və s. ola bilər”.
Həkim əlavə edib ki, əgər bu sadalanan şikayətlərdən heç biri yoxdursa, sadəcə cihazda rəqəmin aşağı olduğunu görüb təşvişə düşməyin. Hər dəqiqə əlinizi nəbzinizə qoyub yoxlamayın. Şikayətsiz aşağı nəbz uzun ömrün zəmanətidir. Bunu bilin və sadəcə sevinin!
Çimnaz Telmanqızı
23:06 / 27 Sentyabr 2026
7
23:02 / 27 Sentyabr 2026
20
22:58 / 27 Sentyabr 2026
21
22:55 / 27 Sentyabr 2026
25
22:37 / 27 Sentyabr 2026
348
22:03 / 27 Sentyabr 2026
59
21:49 / 27 Sentyabr 2026
322
21:30 / 27 Sentyabr 2026
182
21:29 / 27 Sentyabr 2026
55
21:12 / 27 Sentyabr 2026
88
21:06 / 27 Sentyabr 2026
54
21:00 / 27 Sentyabr 2026
142
20:59 / 27 Sentyabr 2026
64
20:47 / 27 Sentyabr 2026
206
20:38 / 27 Sentyabr 2026
72
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
287
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
433
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
70
19:05 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.