General şəhid oğlunun toyunda belə RƏQS ETDİ -VİDEO
10 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
16.06.2026, 15:24
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Bakı–Şımkent marşrutu üzrə ilk reysini həyata keçirib.
Oxu24.com xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin daha da genişləndirilməsi, turizm və biznes əlaqələrinin inkişafı, eləcə də iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZAL-ın yay uçuş cədvəlinə əsasən, Bakı–Şımkent–Bakı marşrutu üzrə uçuşlar 16–27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
30 iyun 2026-cı il tarixindən etibarən isə reyslərin sayı artırılaraq həftədə üç dəfəyə çatdırılacaq. Bakıdan Şımkentə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.
Yeni marşrutun açılışı münasibətilə Şımkent şəhərində xüsusi tədbir təşkil olunub. Tədbirdə media nümayəndələri, turizm və aviasiya sektorunun təmsilçiləri iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
AZAL-ın marşrut şəbəkəsinə Şımkent şəhərinin daxil edilməsi sərnişinlər üçün səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionundakı mövqeyinin güclənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
18:58 / 10 Noyabr 2026
7
18:56 / 10 Noyabr 2026
34
18:39 / 10 Noyabr 2026
77
18:26 / 10 Noyabr 2026
108
18:25 / 10 Noyabr 2026
110
18:19 / 10 Noyabr 2026
98
18:17 / 10 Noyabr 2026
81
18:04 / 10 Noyabr 2026
96
18:02 / 10 Noyabr 2026
882
17:54 / 10 Noyabr 2026
107
17:42 / 10 Noyabr 2026
116
17:35 / 10 Noyabr 2026
98
17:16 / 10 Noyabr 2026
373
17:10 / 10 Noyabr 2026
140
17:06 / 10 Noyabr 2026
218
16:55 / 10 Noyabr 2026
741
16:47 / 10 Noyabr 2026
112
16:41 / 10 Noyabr 2026
106
16:35 / 10 Noyabr 2026
189
16:21 / 10 Noyabr 2026
187
16:12 / 10 Noyabr 2026
317
15:58 / 10 Noyabr 2026
138
15:44 / 10 Noyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.