Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
13 İyun 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
831
09.06.2026, 22:52
Azərbaycanda mərhum valideynlərinin pensiyasını kimlərin ala biləcəyi məsələsi hər zaman cəmiyyətdə maraq doğuran və suallar yaradan mövzulardan biridir. Xüsusilə III qrup əlilliyi olan şəxslərin ailə başçısını itirməyə görə pensiya hüququnun olub-olmaması tez-tez müzakirə edilir.
Oxu24.com xəbər verir ki, "Vaxt Media"nın efirində yayımlanan "Radio Vəkil" proqramında vəkil Vəfadar Piriyev mövzu ilə bağlı vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
Proqrama müraciət edən 47 yaşlı, III qrup əlil olan bir vətəndaş dünyasını dəyişmiş valideyninin pensiyasını alıb-ala bilməyəcəyi ilə maraqlanıb. Vəkil bildirib ki, qanunvericiliyə əsasən bu məsələdə əsas meyar əlilliyin nə vaxt müəyyən olunmasıdır:
“Əmək pensiyaları haqqında" qanunun 14-cü maddəsinə əsasən, əgər şəxsin əlilliyi 18 yaşına çatanadək müəyyən olunubsa və həmin şəxs 18 yaşından yuxarı yaşda da əlilliyə malikdirsə, onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ var. Bu halda vətəndaşın hazırda neçə yaşında (məsələn, 47, 51 və ya 60 yaş) olmasının fərqi yoxdur”.
Vəkil V.Piriyev onu da vurğulayıb ki, əgər vətəndaşın əlilliyi 18 yaşından sonra (məsələn, 41 yaşında) müəyyən edilibsə, onun hazırda ailə başçısını itirməyə görə pensiya almaq hüququ yoxdur. Belə şəxslər pensiya təyinatı üçün yalnız 65 yaş həddini gözləməlidirlər.
Qeyd edək ki, qanunvericilikdə I və II qrup əlilliyi olan şəxslər üçün isə daha fərqli və geniş güzəştlər nəzərdə tutulur.
14:35 / 13 İyun 2026
270
14:20 / 13 İyun 2026
1355
14:12 / 13 İyun 2026
395
14:09 / 13 İyun 2026
86
12:35 / 13 İyun 2026
97
12:32 / 13 İyun 2026
115
12:30 / 13 İyun 2026
129
11:45 / 13 İyun 2026
107
11:43 / 13 İyun 2026
114
10:37 / 13 İyun 2026
142
10:34 / 13 İyun 2026
108
10:32 / 13 İyun 2026
242
00:51 / 13 İyun 2026
1345
00:39 / 13 İyun 2026
5355
00:31 / 13 İyun 2026
702
00:25 / 13 İyun 2026
130
00:18 / 13 İyun 2026
916
00:14 / 13 İyun 2026
844
00:00 / 13 İyun 2026
456
23:48 / 12 İyun 2026
82833
23:47 / 12 İyun 2026
1637
23:28 / 12 İyun 2026
162
22:38 / 12 İyun 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.