Azərbaycanlı gənc rəssam artıq İtaliyada keçirilən sərgidə təqdirəlayiq hal alıb.
10 Noyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1030
13.06.2026, 00:00
Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.
Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.
Açıqlamada deyilir: “Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.
Azərbaycana münasibətdə “qara piar” kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən “Revue21”, “TV5 Monde”, “Le Figaro”, “Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi "həssaslıq" nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir.
Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar.
Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.
Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik”.
20:35 / 10 Noyabr 2026
31
20:17 / 10 Noyabr 2026
49
20:10 / 10 Noyabr 2026
415
19:59 / 10 Noyabr 2026
67
19:58 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
80
19:52 / 10 Noyabr 2026
78
19:43 / 10 Noyabr 2026
85
19:40 / 10 Noyabr 2026
105
19:26 / 10 Noyabr 2026
98
19:20 / 10 Noyabr 2026
516
19:06 / 10 Noyabr 2026
119
18:58 / 10 Noyabr 2026
683
18:56 / 10 Noyabr 2026
108
18:39 / 10 Noyabr 2026
197
18:26 / 10 Noyabr 2026
437
18:25 / 10 Noyabr 2026
154
18:19 / 10 Noyabr 2026
181
18:17 / 10 Noyabr 2026
133
18:04 / 10 Noyabr 2026
210
18:02 / 10 Noyabr 2026
1469
17:54 / 10 Noyabr 2026
145
17:42 / 10 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.