Azərbaycanlı gənc rəssam artıq İtaliyada keçirilən sərgidə təqdirəlayiq hal alıb.
10 Noyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2644
12.06.2026, 23:47
Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələri bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, əlverişsiz hava şəraitinin bu gün davam edəcəyi gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
20:35 / 10 Noyabr 2026
31
20:17 / 10 Noyabr 2026
49
20:10 / 10 Noyabr 2026
415
19:59 / 10 Noyabr 2026
67
19:58 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
80
19:52 / 10 Noyabr 2026
78
19:43 / 10 Noyabr 2026
85
19:40 / 10 Noyabr 2026
105
19:26 / 10 Noyabr 2026
98
19:20 / 10 Noyabr 2026
516
19:06 / 10 Noyabr 2026
119
18:58 / 10 Noyabr 2026
683
18:56 / 10 Noyabr 2026
108
18:39 / 10 Noyabr 2026
197
18:26 / 10 Noyabr 2026
437
18:25 / 10 Noyabr 2026
154
18:19 / 10 Noyabr 2026
181
18:17 / 10 Noyabr 2026
133
18:04 / 10 Noyabr 2026
210
18:02 / 10 Noyabr 2026
1469
17:54 / 10 Noyabr 2026
145
17:42 / 10 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.