4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
15027
26.05.2026, 14:09
Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişiklik qəbul edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Sənəddə bildirilib ki, məlum olduğu kimi, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi və sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti var.
Bu məsələnin həlli üçün qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddənin əlavə edilməsi təklif edilir. Bu sahədə vahid və sistemli qaydaların müəyyən edilməsi, həmçinin həmin qaydaların təsdiqi mexanizminin dəqiq tənzimlənməsinə ehtiyac var.
Layihədə gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu yanaşma idarəetmədə çevikliyin və operativliyin artırılmasına xidmət etməklə yanaşı, aidiyyəti dövlət orqanları arasında səlahiyyət bölgüsünün daha aydın müəyyən edilməsinə, məsuliyyət mexanizmlərinin gücləndirilməsinə və çağırışaqədərki hazırlığın keyfiyyətinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmasına imkan verəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
12:57 / 11 Noyabr 2026
1
12:54 / 11 Noyabr 2026
14
12:48 / 11 Noyabr 2026
35
12:44 / 11 Noyabr 2026
42
12:35 / 11 Noyabr 2026
96
12:32 / 11 Noyabr 2026
58
12:29 / 11 Noyabr 2026
63
12:24 / 11 Noyabr 2026
283
12:19 / 11 Noyabr 2026
145
12:15 / 11 Noyabr 2026
83
12:09 / 11 Noyabr 2026
74
11:57 / 11 Noyabr 2026
485
11:50 / 11 Noyabr 2026
107
11:49 / 11 Noyabr 2026
147
11:43 / 11 Noyabr 2026
655
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
139
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
129
11:06 / 11 Noyabr 2026
106
10:56 / 11 Noyabr 2026
451
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.