Bakıda zəncirvarı qəza olub - FOTO
26 İyul 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
456
26.05.2026, 13:58
Oljas Süleymenovun yubileyinə xüsusi töhfə: Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Oljas Süleymenov Azərbaycanın gözü ilə" kitabı
VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu çəçivəsində təqdim edilib
26 May, 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb. Forum UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondunun təşkilatçılığı ilə baş tutub.
Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.
Forumun açılışında Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, , UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piriç, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bulat Utemuratov Fondunun Baş direktoru Aynur Karbozova çıxış edərək Oljas Süleymünovun mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini vurğulayıblar.
Forumda onlayn və əyani formatda dünyanın müxtəlif ölkələrindən fəxri isimlər iştirak edir. Onların arasında: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov, Tatarıstan Respublikasının Dövlət Müşaviri Mintimer Şaymiyev, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Nobel Ədəbiyyat Mükafatı namizədi, tanınmış şair və dramaturq Timur Zülfiqarov yer alıb.
VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu çərçivəsində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bu mötəbər tədbirin Oljas Süleymenovun yubileyi ilə eyni vaxta düşməsinin əhəmiyyətini qeyd edib. O, müasir dünyada dövlətlərin bir-birindən təcrid olunmasının yolverilməzliyini vurğulayaraq bildirib ki, sabitliyin əsas şərti qarşılıqlı hörmət və məsuliyyətə söykənən "şüurlu qarşılıqlı asılılıq" ideyasıdır.
Fondun prezidenti rəsmi çıxışında təşkilat tərəfindən nəşr olunan mühüm bir kitabın müjdəsini də verib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Oljas Süleymenov Azərbaycanın gözü ilə" adlı xüsusi kitab işıq üzü görüb.
Nəşrdə Türk dünyasının fəxri olan görkəmli şair Oljas Süleymenov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı tarixi dialoqlar, böyük yazıçının Ulu Öndər barədə müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Oljas Süleymenovla bağlı imzaladığı rəsmi sərəncamlar toplanıb. Bununla yanaşı, kitabda Azərbaycanın tanınmış ziyalılarının və qələm sahiblərinin yubilyarın həyat və fəaliyyətinə həsr etdiyi məqalə və şeirləri də yer alıb.
Kitab forum iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Forum gün ərzində müxtəlif ölkələrdən olan elm, mədəniyyət və siyasi xadimlərin məruzələri, yekun Qətnamənin qəbulu ilə davam edəcək.



00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.