4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1682
26.05.2026, 12:04
Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.
Belə vəziyyətdə vətəndaşın hesabında qalan 30-40 min manat pensiya kapitalının aqibəti necə olur? Həmin vəsait şəxsə geri qaytarılır, yoxsa sistemdə qalır?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova əgər şəxsin əmək stajı yetərli deyilsə, həmçinin də lazım olan kapitalı toplamayıb və əməkhaqqı yaşını doldurubsa, sosial müavinət verildiyibi bildirib.
"Əgər qeyd olunan müəyyən müddət çatmırsa, həmin müddəti işləyib staj müddətini doldura bilər. Bu zaman vətəndaşın yenidən müraciət edərək əmək pensiyası hüququndan yararlana bilməsi mümkündür”.
Pensiya kapitalında toplanan 30-40 min manatın aqibətinə qaldıqda, iqtisadçı deyib ki, bununla bağlı qərar yoxdur:
"Əgər konkret qanun layihəsi olarsa, o zaman həmin toplanan kapitalın 30-40 faizə qədəri ödənə bilər. Şəxsin vəfat etməsi durumunda isə ödəniləcək məbləğ vərəslər arasında bərabərhüquqlu formada bölünəcək. Şəxsin kredit borcu və ya digər borcları varsa, həmin məbləğdən silinib sonra vərəsələrə ödənilə bilər . Yuxarda qeyd etdiyim kimi, bununla bvağlı konkret qanun layihəsi mövcud deyil. Vətəndaşın da hüququ yoxdur ki, dövlətdən tələb etsin”.
Günay Hüseynova bildirib ki, bundan əlavə özəl pensiya fondlarının yaranması nəzərdə tutulur:
"Bir növ Türkiyədəki "bireysel emeklilik” sistemi kimi. Yəni istənilən vətəndaş, həmçinin işləməyən evdar qadınlar belə bu fonda pul yatırıb pensiya hüququ yarandığı zaman təqaüd ala bilirlər. Şəxs vəfat etdikdə isə mirasçılar müəyyən məbləği həmin fonddan ala bilirlər. Düsünürəm ki, özəl pensiya fondlarının fəaliyyəti daha məqsədəuyğun olardı. Həmçinin, dövlət nəzarətində qurumun fəaliyyəti güvənli və şəffaf olması baxımından da avantajlıdır. Təbii ki, bu zaman da əmək müfəttişliyinin iş rejimini gücləndirməsi və ciddi nəzarət tədbirləri önəmli faktordur. Bununla yanaşı dövlət təşkilatları, dövlət qurumları tətbiqlərinə inteqrasiya da önəmli faktordur”.
12:57 / 11 Noyabr 2026
1
12:54 / 11 Noyabr 2026
14
12:48 / 11 Noyabr 2026
35
12:44 / 11 Noyabr 2026
42
12:35 / 11 Noyabr 2026
96
12:32 / 11 Noyabr 2026
58
12:29 / 11 Noyabr 2026
63
12:24 / 11 Noyabr 2026
283
12:19 / 11 Noyabr 2026
145
12:15 / 11 Noyabr 2026
83
12:09 / 11 Noyabr 2026
74
11:57 / 11 Noyabr 2026
485
11:50 / 11 Noyabr 2026
107
11:49 / 11 Noyabr 2026
147
11:43 / 11 Noyabr 2026
655
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
139
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
129
11:06 / 11 Noyabr 2026
106
10:56 / 11 Noyabr 2026
451
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.