Əsgərov vəzifəsindən azad edilib — SƏRƏNCAM
28 Sentyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
518
26.05.2026, 11:49
Prezident İlham Əliyev son vaxtlar kənd təsərrüfatı istehsalında dinamikanın onu qane etmədiyini bildirib.
Bu barədə dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib. Ölkə başçısı yeni Dövlət Proqramının hazırlanacağını açıqlayıb:
“Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.
Maraqlıdır, kənd təsərrüfatı sahəsində yaşanan problemlər necə həll olunmalıdır? Həmçinin, sözügedən proqramın hansı üstünlükləri olacaq?
Oxu24.com xəbər verir ki,Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar məsələlər üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kompleks yanaşma tələb olunur:
“İlk növbədə, dövlət investisiyaları ilə özəl kapitalın birləşdirilməsi sahənin maliyyələşdirilməsini gücləndirib fermerlərə müasir texnika, toxum və gübrə əldə etmək imkanı verəcək. Bu, istehsal həcminin artırılmasına birbaşa təsir göstərəcək”.
Ekspertin fikrincə, proqramın qısamüddətli və konkret olması onun ən vacib üstünlüyüdür:
“Belə yanaşma bürokratik gecikmlərinin qarşısını alır, məqsədləri aydın müəyyən edir və icraçıların cavabdehlik səviyyəsini yüksəldir. Konkret hədəfləri olan proqramlar isə nəticələrin ölçülməsini asanlaşdırır.
Həmçinin, istehsalda texnologiya və innovasiyanın tətbiqi, suvarma sistemlərinin modernləşdirilməsi, aqrar elm ilə praktikanın inteqrasiyası məhsuldarlığın artırılmasında həlledici rol oynayır. Fermerlərin peşəkar təlim alması da bu prosesdə mühüm əhəmiyyət daşıyır”.
A.Nəsirli hesab edir ki, proqramın uğurlu icrası nəticəsində ölkənin ərzaq təhlükəsizliyi güclənəcək, idxaldan asılılıq azalacaq, kənd əhalisinin həyat səviyyəsi yüksələcək və ixrac potensialı genişlənəcək:
“Bütün bunlar isə iqtisadiyyatın şaxələndirilməsi strategiyasına uyğun olaraq neft gəlirlərindən asılılığı azaltmağa xidmət edir”.
20:30 / 28 Sentyabr 2026
5
20:27 / 28 Sentyabr 2026
62
20:15 / 28 Sentyabr 2026
107
20:14 / 28 Sentyabr 2026
38
20:10 / 28 Sentyabr 2026
42
20:07 / 28 Sentyabr 2026
198
20:02 / 28 Sentyabr 2026
53
19:58 / 28 Sentyabr 2026
47
19:52 / 28 Sentyabr 2026
52
19:50 / 28 Sentyabr 2026
52
19:37 / 28 Sentyabr 2026
53
19:29 / 28 Sentyabr 2026
832
19:29 / 28 Sentyabr 2026
68
19:18 / 28 Sentyabr 2026
71
19:08 / 28 Sentyabr 2026
73
18:43 / 28 Sentyabr 2026
269
18:39 / 28 Sentyabr 2026
447
18:32 / 28 Sentyabr 2026
196
18:19 / 28 Sentyabr 2026
100
18:15 / 28 Sentyabr 2026
58
18:09 / 28 Sentyabr 2026
74
17:58 / 28 Sentyabr 2026
106
17:56 / 28 Sentyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.