Anardan müğənniyə CAVAB
22 May 2026, 18:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
85
22.05.2026, 16:46
Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişinə açıqlamasında bildirib ki, ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır.
“Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır”, - deyə millət vəkili qeyd edib.
G.Ağamalının səsləndirdiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Bəs uşaqpulu həqiqətən insanlarda tənbəllik yarada bilərmi?
Oxu24.com xəbər verir ki Sfera.az-a bu haqda açıqlama verən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, dünyanın heç bir yerində uşaqpulunun verilməsinin neqativ tərəfləri qabardılmayıb və ön plana çəkilməyib:
“Ölkəmizdə də uzun illər uşaqpulu verilib və həmin illərdə əhalinin artımına, eləcə də uşaqların təminat səviyyəsinə baxsaq, görərik ki, vəziyyət bugünkündən daha yaxşı olub. Bu gün uşaqpulunun verilməməsinin əsas səbəbi onun dövlət büdcəsində əlavə yük yaratmasıdır. Əgər uşaqpulu bərpa edilsə və ayda 100 manata yaxın pul ayrılsa bunun maliyyələşdirilməsi üçün büdcədən təxminən 2 milyard manata yaxın vəsait ayrılmalıdır.
Bu həqiqət deyilmir, əvəzində müxtəlif fikirlər səsləndirilir. Həmin fikirlərdən biri də odur ki, guya insanlar tənbəlləşərlər və s. Hətta belə deyirlər ki, siz niyə dövlətə arxayın olub uşaq dünyaya gətirirsiniz? Bəs insanlar kimə arxayın olub uşaq dünyaya gətirməlidirlər, qonşu dövlətlərə?”.
T.Abbaslı insanların uşaqpuluna görə tənbəlləşməsi fikrini qətiyyən qəbul etmir:
“Çünki dünyanın ən varlı ölkələri belə bir uşağa görə təxminən 250-300 avro ödəyir. Bizdə isə ən yaxşı halda bu məbləğ ilk mərhələdə 100-150 manat civarında ola bilər. Sonradan 200 manata qədər artırıla da bilər, artırılmaya da bilər. Tutaq ki, bir ailədə üç uşaq var və dövlət həmin ailəyə bu uşaqlara görə 300 manat ödəyir. Beş nəfərlik ailə bu 300 manatla necə dolana bilər ki, üstəlik tənbəlləşsin və işləmədən evdə otursun? Bu, reallığı əks etdirən arqument deyil. Amma bunlar onların fikirləridir və artıq iki gündür müzakirə olunur. Mən düşünürəm ki, dövlət nəinki uşaqpulu verməlidir, hətta çoxuşaqlı ailə meyarını da beş uşaqdan üç və ya dörd uşağa endirməlidir. Yəni bir ailədə üç və daha çox uşaq varsa, həmin ailə çoxuşaqlı ailə hesab olunmalıdır. Dörd və daha çox uşağı olan ailələrə isə hətta mənzil də təqdim edilməlidir. Çünki son illər Azərbaycanda əhalinin artım tempi getdikcə azalır. Artım yoxdur, boşanmaların sayı isə artır. Bütün bunlar sosial problemlərlə bağlı məsələlərdir. Mən hesab edirəm ki, bu məsələ aidiyyəti qurumlarda və parlamentdə ciddi şəkildə, peşəkar səviyyədə müzakirə edilməli, həll yolları axtarılmalıdır. Əks təqdirdə, bu gün həll olunmayan bir problem sabah qarşımıza on problem kimi çıxa bilər”.
18:31 / 22 May 2026
13
18:30 / 22 May 2026
9
18:23 / 22 May 2026
20
18:04 / 22 May 2026
47
17:58 / 22 May 2026
117
17:45 / 22 May 2026
430
17:40 / 22 May 2026
80
17:38 / 22 May 2026
66
17:34 / 22 May 2026
57
17:17 / 22 May 2026
79
17:16 / 22 May 2026
89
16:48 / 22 May 2026
68
16:28 / 22 May 2026
73
16:11 / 22 May 2026
202
15:55 / 22 May 2026
242
15:47 / 22 May 2026
71
15:39 / 22 May 2026
75
15:28 / 22 May 2026
193
15:22 / 22 May 2026
114
15:21 / 22 May 2026
110
15:09 / 22 May 2026
77
14:57 / 22 May 2026
162
14:57 / 22 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.