Gəncədə 11 yaşlı qızı maşın vurdu
21 May 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
73
21.05.2026, 17:59
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, müəyyən edilib:
- dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək:
- nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək;
- nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.
Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.Axar.az
19:38 / 21 May 2026
12
19:25 / 21 May 2026
41
19:00 / 21 May 2026
51
18:42 / 21 May 2026
59
18:26 / 21 May 2026
121
18:15 / 21 May 2026
70
17:45 / 21 May 2026
79
17:25 / 21 May 2026
73
17:14 / 21 May 2026
66
17:07 / 21 May 2026
392
16:58 / 21 May 2026
73
16:46 / 21 May 2026
203
16:44 / 21 May 2026
67
16:42 / 21 May 2026
75
16:41 / 21 May 2026
82
16:31 / 21 May 2026
67
16:29 / 21 May 2026
65
16:07 / 21 May 2026
355
16:02 / 21 May 2026
73
16:00 / 21 May 2026
71
15:54 / 21 May 2026
76
15:46 / 21 May 2026
74
15:43 / 21 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.