Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
187
15.05.2026, 23:19
“Metropoliten rəhbəri məmur ordusunun sadə vətəndaşlara əsl münasibətini aşkar etdi. Bizi adam yerinə qoymurlar. Zatən bunu bəzilərimiz onsuz da bilirdik. Adi yağışdan, qardan və hətta istidən şəhər iflic olursa, deməli, bura yaşanası yer deyil. Ölkədə pul azalsa da, məmurların iştahı azalmır, buna görə də infrastrukturun inkişafına vəsait az xərclənəcək, yəni daha çox oğurlanacaq. Mən hələ paytaxtımızın ekoloji problemlərini demirəm. Təbii, Bakının yaxşı, səfalı yerləri də var, amma oralara “mərkəz”dən də əvvəl bizləri pulumuz olmadığı üçün buraxmırlar onsuz da”.
Oxu24.com xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, paytaxtda yaşayan sadə vətəndaşların maddi vəziyyəti pisləşdikcə mülklərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar: “Eviniz, mənziliniz, mülkünüz var burada? Bəs borcunuz var? Varsa, əvvəl-axır borca görə dəyər-dəyməzə verəcəksiz mülkünüzü. İndi baha satın heç olmasa. Hazırda borcunuz yoxdursa, mütləq olacaq, çünki maddi vəziyyətiniz get-gedə daha da pisləşəcək. Bakı onsuz da sizlik şəhər deyil. Bura zənginlərin şəhəri kimi ehtiva edilir. Satmayacaqsız? Sizdən soruşan kimdir ki?! Şəhərdə artıq xeyli binaları tikinti şirkətləri şəhər başçısının qanunsuz sərəncamları əsasında söküblər və sökməyə də davam edirlər. Məhkəmələr də bu haqsızlığa haqq qazandırır”.
Hüquqşünas vətəndaşlara Bakını tərk edib rayonlara üz tutmağı və orada birləşməyi məsləhət görüb: “Hara köçəsiz? Rayonlara. Birləşin və rayonlarda birgə kənd təsərrüfatları yaradın. Bilirəm ki, çətindir. Amma Bakıda yaşamaq bundan da çətin olacaq get-gedə. Uzaqbaşı zənginlərin hambalı olacaqsız burada. Ta o vaxta kimi ki, Xəzər dənizinin quruması burada zənginlərin də həyatını mümkünsüz edəcək və xaricə köçəcəklər. Bakı isə ondan sonra dünyanın ən böyük muzey-şəhəri olar yəqin. Və bu muzey necə yaşamamaq üzrə dünyaya ibrət olar. Bom-boş yeraltı metro stansiyaları daxil”. /KONKRET.az/
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
20:59 / 15 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.