Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edib
29 Sentyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
01.05.2026, 21:33
Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” III Forumu çərçivəsində rəqəmsal mühitdəki təhdidlər və onlarla mübarizə üsulları geniş müzakirə olunub.
Oxu24.com xəbər verir ki, panel sessiyanın moderatoru Vəfa İsgəndərova və Elektron Təhlükəsizlik Xidmətinin rəsmisi Esmira Qasımova cəmiyyəti düşündürən mühüm məsələlərə işıq salıblar.
“Əlilliyi olan şəxslər haqqında yanlış terminlər işlədilir”
Sessiyanın gedişatında moderator Vəfa İsgəndərova mediada diskriminasiya və terminologiya xətalarına toxunub. O, xüsusilə əlilliyi olan şəxslərin təsviri ilə bağlı qanunvericiliyin tələblərinin tez-tez pozulduğunu bildirib:
“Təəssüf ki, hətta mediadan dərs keçən müəllimlər belə bəzən səhvə yol verir və tələbələrə yanlış sirayət edirlər. Qanunvericiliyə görə, “fiziki qüsurlu” və ya “məhdudiyyətli” deyil, məhz “əlilliyi olan şəxs” ifadəsi işlədilməlidir. Media başlıqlarında kommersiya maraqları naminə bu normaları pozmaq qəbulolunmazdır. Maarifçilik davamlı və institusional olmalıdır”.
V.İsgəndərova daha sonra elektron hökumətə keçid sahəsindəki uğurlardan danışaraq, kibertəhlükələrlə bağlı sualı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımovaya ünvanlayıb.
Esmira Qasımova: “İnsan texnologiya ilə deyil, informasiya ilə mübarizə aparır”
Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxışında kibertəhlükəsizliyin artıq texniki məsələdən daha çox insan davranışı məsələsi olduğunu vurğulayıb. Oxu24.com sektor müdirinin çıxışındakı bütün detalları təqdim edir:
“Hər şeyin rəqəmsallaşması həm sevindirici, həm də təəssüf doğuran hallarla müşayiət olunur. Artıq insan texnologiya ilə yox, informasiya ilə mübarizə aparır. Sosial platformalarda insanlar kiberbullinqə məruz qalır, şəxsi şəkilləri və fərdi məlumatları icazəsiz yayılır. Bu mühitdə ən böyük silah maarifləndirmədir".
Esmira Qasımova vətəndaşları manipulyasiya edən saxta mesajlarla bağlı xəbərdarlıq edib:
“Bankdan gələn saxta fişinq mesajları vasitəsilə insanlar aldadılır. Sosial mühəndislik üsulları ilə insanı təşvişə salıb manipulyasiya edirlər. Məlumatlı olmayan vətəndaş həmin saxta linkləri faydalı hesab edərək tanışlarına göndərir. Halbuki hər bir məlumat rəsmi mənbədən dəqiqləşdirilməlidir. Maarifli insan hansı linkin saxta olduğunu görə bilir və onu ötürmək əvəzinə bloklayır, spam edir".
Sektor müdiri təmsil etdiyi qurumun statistikasını da açıqlayıb:
“2024-cü ildən bu günə qədər Elm və Təhsil Nazirliyi ilə birgə 485-dən çox maarifləndirici təlim keçirilib.
Bu təlimlər nəticəsində 42 min uşaq maarifləndirilib, valideyn və müəllimlərə metodiki dəstək verilib.
AQDK ilə birgə aparılan monitorinqlər zamanı qanunla yayılması qadağan olunan informasiyalar müəyyən edilir və məhkəmə çərçivəsində məhdudlaşdırılır”.
E.Qasımova qeyd edib ki, təlimlər yalnız vətəndaşlar üçün deyil, qurumlar üçün də keçirilir:
“Biz qurumlarda real “case”lər üzərindən simulyasiyalar keçiririk. Məqsədimiz kimisə cəzalandırmaq deyil, boşluqları aşkar edib düzgün davranış formalaşdırmaqdır. Çünki, dələduz da bir insandır və o, texnologiyadan sui-istifadə edərək başqa bir insana hücum edir".
Sonda Esmira Qasımova kibertəhlükəsizliyin texnologiya ilə başlayıb insanla tamamlandığını deyərək, bu prosesdə ailə institutunun rolunun əvəzsiz olduğunu bildirib.
Çimnaz Telmanqızı
18:06 / 29 Sentyabr 2026
6
18:00 / 29 Sentyabr 2026
22
17:41 / 29 Sentyabr 2026
47
17:30 / 29 Sentyabr 2026
54
17:20 / 29 Sentyabr 2026
55
17:19 / 29 Sentyabr 2026
56
17:15 / 29 Sentyabr 2026
55
17:11 / 29 Sentyabr 2026
77
17:05 / 29 Sentyabr 2026
55
17:02 / 29 Sentyabr 2026
52
16:58 / 29 Sentyabr 2026
66
16:56 / 29 Sentyabr 2026
70
16:46 / 29 Sentyabr 2026
175
16:31 / 29 Sentyabr 2026
72
16:24 / 29 Sentyabr 2026
56
16:19 / 29 Sentyabr 2026
240
16:14 / 29 Sentyabr 2026
54
16:05 / 29 Sentyabr 2026
67
16:01 / 29 Sentyabr 2026
50
15:54 / 29 Sentyabr 2026
72
15:44 / 29 Sentyabr 2026
470
15:41 / 29 Sentyabr 2026
73
15:10 / 29 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.