Qaynar xətt:

(+99450) 247 90 86

Forumda yeni mexanizmlər və çağırışlar səslənib: uşaqların rəqəmsal mühitdə qorunması prioritet istiqamət kimi   

Forumda yeni mexanizmlər və çağırışlar səslənib: uşaqların rəqəmsal mühitdə qorunması prioritet istiqamət kimi   

CƏMİYYƏT

824

01.05.2026, 21:30

Oxu24.com xəbər verir  ki,sessiya çərçivəsində moderator Vəfa İsgəndərovanın "Uşaqların psixoloji, sosial, informasiya təhlükəsizliyi ilə bağlı hansı mexanizmlər mövcuddur?" sualını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov geniş şəkildə cavablandırıb.

Elgün Səfərov bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə 11 dövlət qurumu məşğul olur və məqsəd sağlam rəqəmsal mühitin ("digital environment safe") yaradılmasıdır.

"Biz burada bir neçə səviyyəli bölgü etməliyik. Reallıq budur ki, xüsusilə uşaqlara qarşı yönələn risklərin qarşısını hökumət təkbaşına ala bilməz. Komitə 2022-ci ildən hakatonlar keçirir, 'Simart', 'Elektron Simart' kimi yüzlərlə layihəmiz var. Lakin preventiv mexanizmləri qiymətləndirməliyik”.

Şöbə müdiri sosial şəbəkələrdəki risklərin artıq dövlət səviyyəsində qərarlarla tənzimləndiyini vurğulayıb. Belə ki, Avstraliya, İspaniya və Fransanın sosial şəbəkələrdə tətbiq etdiyi məhdudiyyətlər Azərbaycanda da nəzərə alınır:

“2018-ci ildə hazırlanan "Uşaqların zərərli məlumatdan qorunması haqqında" qanundan sonra, parlamentdə uşaq hüquqları haqqında yeni nəsil qanun qəbul edilib. 

Roblox-da zorakılıq faktlarının reklamı ilə bağlı müraciətlər gəlir. Biz TikTok, Meta və Roblox-la əməkdaşlıq edirik. Onların Azərbaycanda rəsmi operatorları açılmalıdır. Bizim çağırışlarımıza və qanun pozuntularına reaksiya verməyən platformaların fəaliyyəti Azərbaycanda məhdudlaşdırılmalıdır. Çünki, prioritetimiz uşaqlarımızdır”.

Elgün Səfərov bəzi media qurumlarının fəaliyyətini tənqid edib:

“Google-da “qadın oğru” axtarışı versək 10 mindən çox nəticə çıxır. Niyə cinayət faktında cinsiyyət qeyd edilir? Bu, ayrı-seçkilikdir. Ümumiyyətlə, nə “kişi”, nə də “qadın” yazılmamalıdır. Cinayət işi bitməyənə qədər bəzi mətbuat qurumları yetkinlik yaşına çatmayanların ad-soyadını, ata adını, ünvanına kimi qeyd edirlər. Bu, qanun pozuntusudur. Məsuliyyətə yalnız məhkəmə qərarı ilə cəlb olunmalıdırlar. Qohum nigahı, uşaq nigahı və intihar halları bəzi saytlarda marketinq predmeti kimi reklam şəklində paylaşılır. Biz bunun qarşısını almalıyıq. Ailənin maraqlarının qorunması strateji məsələdir. Komitə 2021-ci ildən bloggerlərlə rəsmi əməkdaşlığa başlayan ilk qurumdur və onların da media strukturları kimi bu sahəyə töhfə verməsi tələb olunur”.

Onun sözlərinə görə, statistik rəqəmlər göstərir ki, 10, 14 və 18 yaşa qədər uşaqların elektron xidmətlərdən istifadə sayında hələ istədiyimiz nəticəni almamışıq. Bu ildən yeni layihələr və reklam işləri başlayıb:

“Uşaqlar üçün Azərbaycan dilində istənilən səviyyədə onlayn resurs yoxdur. Bu, biznes təşkilatlarına ciddi bir çağırışdır”.

Hazırda yeni strategiya layihəsinin hazırlandığını deyən E.Səfərov gələcək məqsədləri açıqlayıb:

* Kiberbullinq və kiber-cinayətkarlıqla mübarizənin növbəti mərhələyə keçməsi.

* Kod yazan nəsil: "Bizim uşaqlardan gözləntimiz odur ki, 10-14 yaşdan özləri rəqəmsal resursların yaradıcısı olsunlar, kod yazsınlar və Azərbaycan bazarını idarə etsinlər”.

Uğurlu Statistikalar

Komitə rəsmisi bəzi müsbət göstəriciləri də iştirakçılarla paylaşıb:

•Bələdiyyələrdə qadınların sayı 4%-dən 39%-ə yüksəlib.

* Qadın sahibkarların sayı 4%-dən 25%-ə çatıb.

* Azərbaycanda qadınların rəqəmsal texnologiyalara əlçatanlığı dünya ortalamasından (2%) daha yüksəkdir.

* "Rəqəmsal Ailə" və UNESCO ilə birgə keçirilən ilk qadın hakatonu bu istiqamətdə mühüm addımlardır.

Sonda Elgün Səfərov vurğulayıb ki, ailə siyasəti dövlətin mərkəzindədir və 2 milyondan çox ailənin həm ölkədə, həm də xaricdə hüquqlarının qorunması üçün dövlət qurumları vahid koordinasiya şəklində mübarizə aparmalıdır.

Çimnaz Telmanqızı

Zabratda təkər tullantıları yığılmış sahədə yanğın başlayıb

19:07 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zabratda təkər tullantıları yığılmış sahədə yanğın başlayıb

61

0
Yeni müharibə anonsu 

18:00 / 21 İyul 2026

DÜNYA DÜNYA

Yeni müharibə anonsu 

83

0
Baba evi yalnız bir övladına vəsiyyət edibsə, digər övladın pay hüququ varmı? – Vəkil Samir Qasımov açıqladı  

17:45 / 21 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Baba evi yalnız bir övladına vəsiyyət edibsə, digər övladın pay hüququ varmı? – Vəkil Samir Qasımov açıqladı  

88

0
Çıxarışı olmayan həyət evinə görə əmlak vergisi ödənilməlidirmi? – Vəkil Tural Hüseynov məsələyə aydınlıq gətirdi  

17:30 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Çıxarışı olmayan həyət evinə görə əmlak vergisi ödənilməlidirmi? – Vəkil Tural Hüseynov məsələyə aydınlıq gətirdi  

99

0
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə 

17:15 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə 

68

0
Dünyanın ən bahalı ördək tükü: Bir yorğanın qiyməti 14 min avrodan başlayır  

16:58 / 21 İyul 2026

MARAQLI MARAQLI

Dünyanın ən bahalı ördək tükü: Bir yorğanın qiyməti 14 min avrodan başlayır  

64

0
Beş yaşlıların məktəb seçiminə başlandı 

16:52 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Beş yaşlıların məktəb seçiminə başlandı 

73

0
Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - VİDEO 

16:33 / 21 İyul 2026

KRİMİNAL KRİMİNAL

Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - VİDEO 

92

0
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub 

16:28 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub 

85

1
Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq edilə bilər : Əmək bazarında gözlənilən DƏYİŞİKLİKLƏR  

16:16 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq edilə bilər : Əmək bazarında gözlənilən DƏYİŞİKLİKLƏR  

107

0
İsrailin "erməni soyqırımı" məsələsindən çəkinməsi bu amillə bağlı imiş — AÇIQLAMA  

16:05 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

İsrailin "erməni soyqırımı" məsələsindən çəkinməsi bu amillə bağlı imiş — AÇIQLAMA  

94

0
Ərdoğanı hərbi parad zamanı öldürmək istəyiblər - DƏHŞƏTLİ TƏFƏRRÜAT

16:02 / 21 İyul 2026

DÜNYA DÜNYA

Ərdoğanı hərbi parad zamanı öldürmək istəyiblər - DƏHŞƏTLİ TƏFƏRRÜAT

90

0