SON DƏQİQƏ! Vəzifəsindən azad olundu
10 İyun 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1738
01.05.2026, 15:50
Xəbər verdiyimiz kimi,dünən Milli Onkologiya Mərkəzində partlayış baş verib.
Onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.
Sosial şəbəkələrdə hadisəni törədən şəxsin qazi olması iddia olunurdu.Lakin bu öz təsdiqini tapmadı.Hərbi ekspert Ədalət Verdiyev paylaşımında həmin şəxsin müharibə görmədiyini dedi."Sadəcə Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” – Ə.Verdiyev yazıb.
Həkimlə də bağlı ziddiyətli informasiyalar yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri həkimin xəstələrlə kobud davrandığını,onları incitdiyini deyir.Ümumiyyətlə,sözügedən xəstəxanada xəstələrin bir qisminin narazı kimi görünməsi təbii haldır.Çünki xəstəlik özü kifayət qədər ağır bir tibbi durumdur.Üstəgəl xəstə sayının çox olması...Bütün bunlar həkimlərin yükünü bir qədər də ağırlaşdırmış olur.Bu məqamda həkimi də başa düşmək gərəkdir.Xəstə çox,həkim tək...Buna baxmayaraq sözügedən mərkəzdə kifayət qədər uğurlu nümunələr mövcuddur.
Bəs,ssözügedən həkim Asif Nəsirov kimdir,necə adamdır?
Oxu24.com xəbər verir ki,həmkarları həkimlə bağlı fikirlərini bölüşüb.
Milli Onkologiya Mərkəzinin həkimi Nurlana Əliyeva həkimlə bağlı bunları yazıb:
"Son zamanlar KİV-in həkimlərə qarşı paylaşdığı nifrət, kin, aşağılayıcı paylaşımlarının bügun əziyyətini biz həkimlər çəkirik.
O qədər iyrənc və insanların psixologiyasına təsir edən hərəkətlər edildi ki, insanlar həkim adı gələn hər bir paylaşımın altında bəd dua qarğış qusur.. Niyə?
Soruşsan o həkimi tanıyırsan nə pisliyi keçib sənə bir adekvat cavabı belə olmayacaq! Canınız ağrıyanda gecə saat 1-2, istirahət günü, bayram günü demədən biz həkimlərin yanına qaçırsınız.
İndi həkimlər sizə düşmən oldu? Niyə bu nifrətin qurbanı illərdir hamıya yol göstərən, xəstələrə şəfa olan, tələbələri öyrədən, minlərlə evə çıraq olan @asifnasirli doktor olmalı idi!Bir insan nə qədər alçaq olmalıdırki, neçə neçə xəstənin müalicəsini yarımçıq qoyacaq bir hərəkət edə.
Milli Onkologiya Mərkəzi böyük bir məktəbdir.Minlərlə həkimi yetişdirən, formalaşdıran məktəb. Hansı ki, hər kəs həsədlə baxır. Hansı ki, bu həkimlər canı bahasına hal-hazırda xalqın, cəmiyyətin keşiyində durur.
Biz həkimlərə və MOM- a qarşı bu qədər aqressiya və nifrətin olması yolverilməzdir!
Ağ xalat təkcə peşə deyil,
bir insanın çiyninə qoyulmuş görünməz yükdür.
Həkimlər hər gün səssiz müharibədədir —
bir tərəfdə ümid, bir tərəfdə qorxu.
Unutmayınki siz
ən çarəsiz anınızda
yenə o qapını döyəcəyiksiniz—
ümid axtararacaqsınız!
Həkimə uzanan əllər qırılsın!
Yaşanmış hadisədə ağır yaralanmış Asif Nasirli üçün Allahdan şəfa diləyirik".
Uroloq-androloq Vasif İsmayıl da həkimlə bağlı fikirlərini bölüşüb:
"Gömrük hospitalda işləyirdim o zaman.
Qapı açıldı, içəri o qədər adam girdi, heç biri xəstəyə oxşamırdı.
Sonda xəstə olan da girdi. İki qoluna qohumları girib daşıyırdılar. Nəfəs ala bilmirdi.
"Tanıdın mı"? dedi.
"Yox" dedim.
"Bundan 3 il əvvəl prostatıma biopsiya etmişdin. Qanadı. Mən də səndən incidim. Gəlmədim" dedi.
"İndi bunu çəkirəm. Görürsən, məni necə urvatsız gətirdilər bura. Bircə haqqını halal et, Sənə haqsızlıq etmişəm" deyə də əlavə etdi.
O xəstəyə qaraciyər biopsiya iynəsi ilə biopsiya etmişdim. Daxili hemoroidi var imiş. Ona görə qanamışdı. Prostat üçün daha nazik iynə lazım idi.
Heç nə olmadı, 2 torba qan köçürdük, düzəldi.
Amma inciyib.
Nə edəydim?
Azərbaycanda kiçik kalibrli Tru-cut biopsiya iynəsi var idi də, mən mi istifadə etmədim?
Yox idi.
İndi var, amma o zaman yox idi.
"Haqqını halal et! Uşaqlarımdan xahiş etdim, sənin yanına gətirsinlər. Ölürəm. Dİnləmədim, doktor" dedi.
"halal olsun" dedim sadəcə. Adamın biopsiya nəticəsi xərçəng gəlib, məndən incidiyi üçün bir daha həkimə getməyib. Ağırlaşıb. Ölüm ayağında başa düşüb səhvini.
Amma dirayəti çatıb mənim yanıma gəlməyi. Çünki ona demişdim, xərçəng çıxsa belə 15 il yaşayarsan. Üç il çəkməyib ağırlaşmağı.
Niyə partladırsan həkimi, ay qazi?
O qumbaranı niyə saxlamışdın?
Onkologiya mərkəzinin havası ağırdır. Razıyam.
Amma müharibə dövründən evində gizlətdiyin qumbaranı partladacaq qədər deyil də.
Sadəcə dürüst yaşamaq istəyən, yəqin ki səni sağalda bilməyən həkimdən nə istəyirdin?
Alınmır da bəzən....
Çox vaxt isə ...........haqsızsınız........
Azərbaycanda həkimlər öz insanını çox sevir. Biz hamımız bu insanların övladları, qardaşları, bacılarıyıq.
Niyə Asif həkimi ağır vəziyyətdə yaralayırsan ay həlak olan qazi?
Niyə?!
Ən yaxşı halda bir gözlə yaşayacaq indi.
Səninlə eyni həyətdə oynayıb bəlkə.
Uşaqlıq dostusan bəlkə.
Yadınızda qalsın, Azərbaycan camaatı... Həkimlər kifayət qədər peşə etikasına sahib hissəsidir Azərbaycanın. Öz peşəmin eybəcərliklərini kifayət qədər açıq yazan adamam. İndiyə qədər öz peşə sahiblərimdən qəti etiraz eşitmədim.
Mən yazıram, sən partlatma"
Miri Məcidli
00:29 / 11 İyun 2026
109
23:56 / 10 İyun 2026
115
23:37 / 10 İyun 2026
117
23:35 / 10 İyun 2026
67504
23:30 / 10 İyun 2026
1032
23:27 / 10 İyun 2026
96
23:19 / 10 İyun 2026
112
23:11 / 10 İyun 2026
130
23:03 / 10 İyun 2026
610
23:02 / 10 İyun 2026
127
22:55 / 10 İyun 2026
575
22:53 / 10 İyun 2026
95
22:49 / 10 İyun 2026
103
22:46 / 10 İyun 2026
94
22:34 / 10 İyun 2026
125
22:28 / 10 İyun 2026
121
22:22 / 10 İyun 2026
296
22:20 / 10 İyun 2026
96
22:18 / 10 İyun 2026
129
22:08 / 10 İyun 2026
124
22:07 / 10 İyun 2026
126
21:57 / 10 İyun 2026
97
21:55 / 10 İyun 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.