Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlakı - SİYAHI
29 Sentyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
01.05.2026, 13:29
Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük.
Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Zahid Orucun sözlərinə görə, 1990-2000-ci illərdə yalnız erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsi iddia edən avrübürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və “status-kvo” ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa çalışırlar.
2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər. Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər.
Dünən sənəddəki “Dağlıq Qarabağ” termini işğalçıların təkcə Qorbaçov deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir.
Lakin ən başlıcası, qətnamənin adıdır, sitat- Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən-Moskvadan gələn hibrid hücumlardan qorunmaq. Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib Ermənistanı xarici informasiya hücumlaırından qorumaqdırsa, onda tam əksinə regionda sülhə zərbə vuran, Paşinyanın seçki platformasının əsas ideyasını-Azərbaycanla normallaşma prosesini pozan, “üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir.
Eva Kaylinin korrupsioner davamçıları qorxur ki, iki xalqın düşmənçiliyi sona çatar və o dövlətlərin əli kəsilər. Qarabağ məsələsi gündəlikdən çıxdıqca, keçmiş imperiya varisləri Qafqaza qorxu kültürünü yaya, silah sata, neft-qaz resurslarını ələ keçirə bilməzlər.
Bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq.
Qarabağ əhalisini geri qaytamağa çalışanlar yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərədə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil, İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır.
Son 35 ildə ilk dəfə Azal təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar..Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar.
Bəs parlamentimizin cavabı nə olmalıdır-biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki, son 30 ildə işğali legitimləşdirmək üçün qurduqları infrstuktur, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini kimsə imperiya maraqlarına alət edə bilməz.
Bəli, Azərbaycan dövləti sülhün düşmənlərinin siyahısını tərtib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlər kimliyini hamı tanısın!
18:39 / 29 Sentyabr 2026
10
18:36 / 29 Sentyabr 2026
22
18:24 / 29 Sentyabr 2026
19
18:17 / 29 Sentyabr 2026
29
18:10 / 29 Sentyabr 2026
34
18:06 / 29 Sentyabr 2026
44
18:00 / 29 Sentyabr 2026
42
17:41 / 29 Sentyabr 2026
56
17:30 / 29 Sentyabr 2026
57
17:20 / 29 Sentyabr 2026
60
17:19 / 29 Sentyabr 2026
58
17:15 / 29 Sentyabr 2026
56
17:11 / 29 Sentyabr 2026
88
17:05 / 29 Sentyabr 2026
58
17:02 / 29 Sentyabr 2026
55
16:58 / 29 Sentyabr 2026
71
16:56 / 29 Sentyabr 2026
73
16:46 / 29 Sentyabr 2026
185
16:31 / 29 Sentyabr 2026
74
16:24 / 29 Sentyabr 2026
59
16:19 / 29 Sentyabr 2026
254
16:14 / 29 Sentyabr 2026
55
16:05 / 29 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.