Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
876
30.04.2026, 12:40
Qazaxıstanın Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində imzaladığı sazişi ratifikasiya etməsi regionda enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Təmiz energetika və bərpa olunan enerji mənbələri üzrə tərəfdaşlığın genişlənməsi həm regional, həm də qlobal enerji bazarında mühüm dəyişikliklər vəd edir.
Enerji məsələləri üzrə ekspert Sadiq Həsənov Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti hazırda yaşıl energetika sahəsində çox ciddi və irimiqyaslı layihələr icra edir. Ekspertin sözlərinə görə, bu layihələr regionun enerji xəritəsini köklü şəkildə dəyişəcək.
Sadiq Həsənov qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji sahəsindəki fəaliyyəti artıq konkret nəticələr verir:
“240 meqavat gücündə olan günəş panelləri artıq tam gücü ilə fəaliyyət göstərir və ətraf mühitə təsiri sıfır səviyyəsindədir. Hibrid tipli (külək və günəş) bu layihə artıq istifadəyə verilib. Biləsuvarda 440 meqavat, Neftçalada isə 315 meqavat gücündə günəş panellərinin quraşdırılması planlaşdırılır”.
Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti alternativ energetikanı sürətlə inkişaf etdirir. Strateji planlara əsasən, 2030-cu ilə qədər ölkədə istehsal olunan elektrik enerjisinin 30 faizinin məhz alternativ mənbələrdən alınması nəzərdə tutulur.
Qazaxıstan və Özbəkistanla imzalanan yeni sazişlər yaşıl enerjinin iri həcmdə nəqlini hədəfləyir. Bu əməkdaşlıqda Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir:
“Azərbaycan bu layihədə tranzit ölkə rolunu oynayır. Xəzər dənizi üzərindən çəkiləcək kommunikasiyalar və infrastruktur vasitəsilə elektrik enerjisinin Avropa ölkələrinə nəqli mümkün olacaq.
Qazaxıstan və Özbəkistanın geniş günəş enerjisi potensialı bu layihənin uğurunu təmin edən əsas faktorlardandır”.
Sonda Sadiq Həsənov əlavə edib ki, gələcəyin enerjisi məhz “yaşıl enerji”dir və bu üç dövlətin birgə addımı həm ekoloji tarazlığın qorunmasına, həm də regionun iqtisadi qüdrətinin artmasına xidmət edəcək.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.