Rusiyaya getmək istəyənlərə pis xəbər: Qərar verildi
22 İyul 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
725
30.04.2026, 11:25
Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə birdəfəlik müavinət ödənilir.
Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunur. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığortaolunanlar üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.
Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.
00:09 / 22 İyul 2026
1
00:05 / 22 İyul 2026
14
23:21 / 21 İyul 2026
52
22:29 / 21 İyul 2026
77
22:16 / 21 İyul 2026
69
21:47 / 21 İyul 2026
55
21:41 / 21 İyul 2026
92
21:37 / 21 İyul 2026
80
21:08 / 21 İyul 2026
79
20:58 / 21 İyul 2026
83
20:45 / 21 İyul 2026
70
20:35 / 21 İyul 2026
84
20:24 / 21 İyul 2026
71
20:07 / 21 İyul 2026
70
19:55 / 21 İyul 2026
64
19:35 / 21 İyul 2026
84
19:18 / 21 İyul 2026
84
19:07 / 21 İyul 2026
71
18:00 / 21 İyul 2026
124
17:45 / 21 İyul 2026
103
17:30 / 21 İyul 2026
114
17:15 / 21 İyul 2026
78
16:58 / 21 İyul 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.