Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1994
29.04.2026, 23:00
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin 1995-ci ildə etdiyi bir məruzənin videosu yayılıb.
Oxu24.com xəbər verir ki, həmin məruzə Azərbaycanda istifadə etdiyimiz ana dilinin adının müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrə həsr olunub.
O dövrdə ictimai və elmi dairələrdə “dilimizin adı necə olmalıdır?” sualı ətrafında geniş debatlar gedirdi. “Azərbaycan dili”, “türk dili”, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi” kimi müxtəlif təkliflər müzakirə olunurdu.
Yayılan görüntülərdə Ramiz Mehdiyev alimlərin, yazıçıların və digər tanınmış ziyalıların mövqelərini əks etdirən siyahını oxuyur. O, adları bir-bir sadalayaraq, həmin şəxslərin dilimizin hansı adına üstünlük verdiklərini açıqlayır. Videoda diqqət çəkən məqamlardan biri də odur ki, iclasda ümummilli lider Heydər Əliyev də iştirak edir və toplantıya rəhbərlik edir.
Çıxış zamanı Ramiz Mehdiyev bildirir ki, sorğu və müzakirələrdə iştirak edən 27 alimdən 15-i “Azərbaycan dili” adının saxlanılmasına üstünlük verib. Bununla da həmin dövrdə aparılan müzakirələrin əsas istiqaməti və dövlətin mövqeyi formalaşmış olub.
Musavat.com tariximizin önəmli bir parçası olan həmin görüntüləri oxucularına təqdim etməklə yanaşı, qeyd edir ki, Ramiz Mehdiyev hazırda müxtəlif ağır ittihamlarla gündəmdədir. Onun adı dövlətə xəyanət və digər ciddi cinayət iddiaları ilə bağlı hallandırılır. Bildirilir ki, sabiq məmur hazırda ev dustaqlığında saxlanılır./Musavat.com/
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.