Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
29.04.2026, 12:24
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Bildirilib ki, imtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Qeyd olunub ki, imtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.