Minimum əməkhaqqı ilə bağlı vacib açıqlama - Gələn ildən…
19 May 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
429
29.04.2026, 10:50
Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir.
Oxu24.com xəbər verir ki,digər ölkələrdə də oxşar dəstək mexanizmləri mövcuddur. Məsələn, Türkiyədə uşaq dünyaya gəldikdən sonra bələdiyyələr tərəfindən müəyyən müddət ərzində maddi yardım göstərilir. Bu vəsait əsasən ilkin ehtiyacların, o cümlədən uşaq bezi kimi zəruri məhsulların alınmasına yönəlir. Qazaxıstanda da yeni doğulan körpələr üçün ailələrə birdəfəlik ödənişlər edilir.
Bəs Azərbaycanda bu sistem necədir?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 600 manat müavinət verilir:
“Bu müavinət xaricində, bütün uşaqlara universal aylıq uşaqpulu sistemi tətbiq edilmir. Uşaqpulu mövzusu uzun illərdir ictimai müzakirə edilir, lakin təəssüf ki, hələ də real nəticə əldə olunmayıb. Əgər uşaqpulu ödənilərsə, gənc ailələrə dəstək olar, ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin 3-4%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir. Bu istiqamətdə dəfələrlə təkliflərlə çıxış etmişəm”.
V.Əhmədovanın fikrincə, uşaqlar üçün müavinətlərin verilməsi mümkündür:
“Məsələn, 0-6 yaş qrupları üzrə uşaqlara 100 manat məbləğində müavinət çox asanlıqla təyin edilə bilər. Ölkədəki 0-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 1.1 milyon nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 100 manat məbləğində müavinət verilsə, bu, illik 1 milyard 320 milyon manat təşkil edəcək. Bu məbləğin büdcə üçün böyük yük olacağını düşünmürəm.
Digər 6-18 yaş qrupları üzrə uşaqlar üçün isə müəyyən təhsil imkanları yaradıla bilər. Məsələn, 6 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olan vətəndaş hesabında toplanan vəsaiti alaraq, məsələn, təhsilinə xərcləyə bilər.
Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1.7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14 min 400 manat vəsait toplanmış olacaq. Beləliklə gənclər 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmazlar”.
İqtisadçı deyib ki, dövlət bu vəsaiti gəlir gətirən aktivlərə yatırmaqla büdcə yükünü azalda və hətta uzunmüddətli qazanc yarada bilər:
“Məsələn, vəsait illik 4-7 faiz gəlir gətirən dövlət istiqrazlarına yönəldilə bilər. Eləcə də, vəsaitin Dövlət Neft Fondu kimi peşəkar fond vasitəsilə investisiya edilməsi mümkündür. Bu halda illik orta hesabla 5-8 faiz real gəlir əldə olunacaq. Nəticədə, əldə olunan gəlirlə infrastruktur layihələri, ixrac sənayesi, kənd təsərrüfatı maliyyələşdirilə bilər. Bu səbəbdən uşaq kapital hesabının yaradılmasını daha məntiqli hesab edirəm”.
13:40 / 19 May 2026
57
13:38 / 19 May 2026
41
13:36 / 19 May 2026
37
13:33 / 19 May 2026
27
13:31 / 19 May 2026
32
13:28 / 19 May 2026
32
13:23 / 19 May 2026
57
13:20 / 19 May 2026
71
13:15 / 19 May 2026
41
13:08 / 19 May 2026
38
13:00 / 19 May 2026
340
12:51 / 19 May 2026
177
12:48 / 19 May 2026
45
12:44 / 19 May 2026
94
12:34 / 19 May 2026
46
12:23 / 19 May 2026
86
12:20 / 19 May 2026
42
12:18 / 19 May 2026
58
12:15 / 19 May 2026
61
12:13 / 19 May 2026
68
12:12 / 19 May 2026
54
12:08 / 19 May 2026
52
11:56 / 19 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.