Şəhid ailələri və qazilər də ictimai nəqliyyatdan ödənişsiz istifadə etsin – Sabiq polis polkovnikindən TƏKLİF
29 Sentyabr 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8927
28.04.2026, 13:49
Fövqəladə Hallar Nazirliyi Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı təmir, bərpa və tikinti işləri aparacaq.
Oxu24.com-un xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Bildirilib ki, Xaçmaz rayonu, Xaçmaz şəhərində Koroğlu küçəsi 18 və Y.Şabanov küçəsi 9 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi, Xaçmazın Ləcət, Cığatay, Tel, Uzunoba kəndləri, İstisu qəsəbəsi, Xudat şəhəri, Yalama kəndi Xanoba kəndi və Xuray kəndində yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.
Həmçinin Qusar rayonunun Aşağı Ləgər kəndi, Əniq kəndi və Quxuroba kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.
Şabran rayonu, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi fərdi yaşayış evinin tikintisi, Xırdaoymaq kəndində, Borbor kəndində, Surra kəndində, Söhbətli kəndində, Çölquşçu kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.
Siyəzən rayonu, Siyəzən şəhəri, Seyfəddin Dağlı küçəsi 64, Xətai küçəsi 86 və Füzuli küçəsi 15 ünvanlarında fərdi yaşayış evlərinin yenidən tikilməsi, Balaca Həmyə kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.
Eləcə də Quba rayonu, Quba şəhəri, H.Hüseynov küçəsi 19 ünvanında fərdi yaşayış evinin yenidən tikilməsi, Tülər kəndində, Kələbağ kəndində, Vladimirovka kəndində, Kunxırt kəndində, Raziyələr kəndində, Susay kəndində, Qaraçay qəsəbəsində, Qalayxudat kəndində, Xaspolad kəndində, İspik kəndində və Gənclər qəsəbəsində fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulub.
Həmçinin Xızı rayonu, Sitalçay kəndində fərdi yaşayış evlərinin yenidən tikilməsi də nəzərdə tutulub.
20:56 / 29 Sentyabr 2026
43
20:53 / 29 Sentyabr 2026
38
20:48 / 29 Sentyabr 2026
67
20:46 / 29 Sentyabr 2026
43
20:38 / 29 Sentyabr 2026
50
20:33 / 29 Sentyabr 2026
58
20:27 / 29 Sentyabr 2026
51
20:25 / 29 Sentyabr 2026
52
20:23 / 29 Sentyabr 2026
43
20:14 / 29 Sentyabr 2026
44
20:09 / 29 Sentyabr 2026
52
19:52 / 29 Sentyabr 2026
55
19:49 / 29 Sentyabr 2026
61
19:37 / 29 Sentyabr 2026
171
19:35 / 29 Sentyabr 2026
56
19:27 / 29 Sentyabr 2026
62
19:22 / 29 Sentyabr 2026
54
19:10 / 29 Sentyabr 2026
68
19:06 / 29 Sentyabr 2026
69
18:59 / 29 Sentyabr 2026
123
18:58 / 29 Sentyabr 2026
57
18:51 / 29 Sentyabr 2026
52
18:39 / 29 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.