Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA
27 İyun 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
454
28.04.2026, 12:05
Bu, ulu öndər Heydər Əliyevin şərəfli peşə sahibləri müəllimlərə verdiyi qiymətdir. Azərbaycan cəmiyyətində də son dövrə kimi münasibət eynən belə olub. İnsanlar övladlarına təhsil verən müəllimlərə qarşı hörmət və ehtiramla davranıb. Bəs, nə oldu, niyə fikirlər düşüncələr dəyişdi ki, münasibət də bu səviyyəyə gəldi?
Artıq ictimaiyyətlə məktəb arasındakı bağlar qırılmağa, müəllim-şagird münasibətləri çat verməyə başladı.
Əlbəttə ki, onu da nəzərə almalıyıq ki, məktəb təhsil verir, tərbiyə yox. Tərbiyəni ailə verir, məktəb isə onu daha da genişlındirib, düzgün istiqamətə yönəldir.
Əgər, bir uşağın bünövrəsi möhkəm təməllər üzərində qurulmayıbsa, burada məktəb və ona təhsil verən müəllimlər aciz tərəf kimi əhəmiyyətini itirir. Əbəs yerə deməyiblər, “uşaq ailənin güzgüsüdür". Evdə, ailədə, ata-ana və baba-nənədən nə əxz edib, tərbiyə alıbsa, cəmiyyət içində də o yöndən hərəkət edəcək. Odur ki, hansısa məktəblinin tərbiyəsizliyini və yaxud da törətdiyi cinayət motivli hərəkətini məktəbin ünvanına yazmayın.
Bu gün islah olunmayan, çətin tərbiyə olunan istənilən sayda uşaq var. Ailələrin məsələyə laqeyd yanaşması, bəzən də övladını harınlamış, qudurğan və eqoist xarakterdə böyütməsi problemin bir az da qabarmasına zəmin yaradır. Elə bir dövrə gəlib çatmışıq ki, artıq, bir zamanlar şərəfli peşə sahibləri deyib, ilahiləşdirdiyimiz müəllimlər dərs dediyi şagirdə “gözün üstündə qaşın var deyə bilməz”. Əgər əvvəllər məsələyə valideynlər “nəzarət" edib, uşağına acıqlanan müəllimin üzərinə hücum çəkərək, məktəblilərin gözü qarşısında təhqir edirdisə, bu günün şərtlərinə əsasən, artıq qanuniləşdirilib. Müəllim şagirdə qarşı hərhansı kobud rəftar edərsə, bu, qanunla 200 manat cərimə ilə cəzalandırılacaq.
Ailəsində, evində övladına tərbiyə verə bilməyən valideyn bunun əziyyətini çəkən müəllimi dövlətə şikayət edir. Bütün peşələri insanlara aşılayan müqəddəs müəllim, birzamanlar təhsil verdiyi və müəyyən məqama ucaltdığı şagirdi tərəfindən cərimələnəcək.
O zaman nə müəllimə hörmət qalacaq, nə də şagirdə məhəbbət. Hər şey şübhə və qorxu üzərində inkişaf edəcək. Əlbəttə ki, vəziyyətin belə məqama gəlib çıxmasına səbəb olan amillərdən biri də məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsidir. Nə qədər kişi müəllim çox olarsa, məktəbli də bir o qədər özünü nizam-intizamlı aparar. Çünki kişi müəllimlərin bir zəhmi var. Məktəbli yeniyetmə oğlanlara qadın müəllimlər bəzən səslərini belə qaldıra bilmirlər. Onlarla xüsusi söhbətlər aparılması elə də effekt verə bilməz. Lakin kişi müəllimin məktəbli oğlanla hərhansı söhbəti az da olsa bəhrəsini göstərər, problemin müsbət istiqamətdə inkişafına təkan verər.
Müəllif: Ramidə Allahverdiyeva
11:05 / 28 İyun 2026
1
23:41 / 27 İyun 2026
116
23:31 / 27 İyun 2026
168
23:00 / 27 İyun 2026
119
21:50 / 27 İyun 2026
126
21:48 / 27 İyun 2026
3105
21:34 / 27 İyun 2026
130
20:57 / 27 İyun 2026
161
20:39 / 27 İyun 2026
134
20:07 / 27 İyun 2026
155
19:49 / 27 İyun 2026
125
19:18 / 27 İyun 2026
160
18:52 / 27 İyun 2026
120
18:37 / 27 İyun 2026
179
18:21 / 27 İyun 2026
153
17:36 / 27 İyun 2026
152
17:32 / 27 İyun 2026
145
17:27 / 27 İyun 2026
147
17:17 / 27 İyun 2026
837
17:01 / 27 İyun 2026
2720
16:58 / 27 İyun 2026
145
16:57 / 27 İyun 2026
134
12:26 / 27 İyun 2026
1219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.