Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
762
27.04.2026, 18:20
İRİA-da nə baş verir?
Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Oxu24.com xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində son dövrlər müşahidə olunan ardıcıl kadr dəyişiklikləri ciddi suallar yaradır. Qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur.
Bəzilərinin isə ərizələrinin alındığı bildirilir.
Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi Departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib.
Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir.
Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi.
Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.
Ümumiyyətlə, bünövrəsi qoyulandan bu Agentlik bəxti gətirməyən qurumlardan olub.
Biri vardı, möhürü götürüb qaçmışdı.
Biri də vardı, nöqsanlara görə, “padval əməliyyatına görə” işdən azad olunmuşdu, amma bunu “yeni etapın başlanması” kimi xarakterizə etmişdi.
Cənablar, düşünürəm ki, ölkənin bir nömrəli innovasiya qurumunda nələrsə düz getmir.
Xüsusilə innovasiya, startap ekosistemi və rəqəmsal inkişaf kimi sahələrdə peşəkarlara diqqət yetirmək lazımdır.
Onsuz da ölkədə son vaxtlar peşəkar kadrlar tapmaq xeyli çətinləşib, sektorda beyin axını ən yüksək həddə çatıb.KONKRET.az
Belə olan halda düşünürəm ki, bu tip spontan addımlar doğru deyil və ciddi narahatlıq yaradır.
Bildiyim qədər, Fərid Osmanovun İRİA-ya yeni rəhbər təyinatının da bir ili tamam olub.
Amma rəqəmsal transformasiyada, rəqəmsal hökumət quruculuğunda müəyyən irəliləyişlər olsa da, hələlik innovasiya və startap ekosistemində durğunluq davam edir, ciddi irəliləyişlər yoxdur. Vençur siyasəti düzgün qurulmayıb, vençur maliyyələşmə prinsipini “dostluq” prinsipi əvəzləyib.
Sonuncu dəfə bu qurumun hansısa bir uşaq oyuncağı resursuna – YouTube səhifəsinə investisiya ayırmasından sonra artıq biz bu qurumdan tam əlimizi üzmüşük.
Texnopark və İKT güzəştləri ilə bağlı Prezidentin məlum sərəncamı da İRİA tərəfindən qüsurlu icra olunduğundan, güzəşt əldə edən nəhəng şirkətlərin ekosistemə heç bir qatqısı olmadığından ciddi irəliləyiş hiss olunmayıb.
Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək nələrsə düz getmir.
Bu artıq təkcə kadr məsələsi deyil — strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.
İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir.
Ümid edirəm, qərar qəbul edənlər də baş verənlərin fərqindədir.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.