Bakıda yağış yağacaq, şimşək çaxacaq - Yeni PROQNOZ
18 İyul 2026, 00:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
501
27.04.2026, 10:20
“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı 22.935 şəxsə şamil edilib.
oxu24.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib:
"Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 5.348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3.555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9.714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7.970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1.676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1.583 olmaqla, ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib".
Qeyd edilib ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.
00:10 / 18 İyul 2026
85
00:05 / 18 İyul 2026
88
23:48 / 17 İyul 2026
55
23:39 / 17 İyul 2026
113
23:28 / 17 İyul 2026
59
22:47 / 17 İyul 2026
71
22:29 / 17 İyul 2026
69
22:07 / 17 İyul 2026
88
21:49 / 17 İyul 2026
68
21:17 / 17 İyul 2026
83
20:24 / 17 İyul 2026
75
20:06 / 17 İyul 2026
74
19:47 / 17 İyul 2026
78
19:35 / 17 İyul 2026
112
19:15 / 17 İyul 2026
92
18:56 / 17 İyul 2026
118
18:33 / 17 İyul 2026
103
18:24 / 17 İyul 2026
105
18:03 / 17 İyul 2026
81
17:59 / 17 İyul 2026
90
17:33 / 17 İyul 2026
80
17:13 / 17 İyul 2026
110
17:06 / 17 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.