DEPUTAT: “Azərbaycan Ordusu suverenliyimizin və tarixi Zəfərimizin etibarlı təminatçısıdır"
25 İyun 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1226
25.04.2026, 23:22
Bakıda şəhərsalma istiqamətində həyata keçirilən yeni layihələr paytaxtın həm iqtisadi, həm də estetik inkişafına ciddi təsir göstərir. Xüsusilə şəhərin prestijli ərazilərindən sayılan Nizami küçəsinin genişləndirilməsi və yeni uzantısının yaradılması bu baxımdan diqqət çəkir. Bu dəyişikliklər yalnız şəhərin görünüşünü yeniləmir, eyni zamanda daşınmaz əmlak bazarında da canlanma yaradır.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc açıqlamasında Nizami küçəsinin hazırda uzantısının yaranması və genişlənməsinin həmin prestij sahəsinin artmasına səbəb olduğunu bildirib.
“Bu da ilk növbədə birinci mərtəbədə olan qeyri-yaşayış sahələrinin qiymətinə çox ciddi təsir göstərəcək və piyada keçidləri, ticarət üçün əlverişli zonalar artacaq. Bu, əslində “Bakı Şəhərinin Baş Planı 2040”a əsasən şəhərin böyüməsi istiqamətində atılmış, kiçik olsa da əhəmiyyəti böyük olan ciddi şəhərsalma layihəsidir. Bu prosesdən əsasən qeyd olunan ərazidə yerləşən qeyri-yaşayış sahələri, ticarət mərkəzləri və ticarət obyektləri faydalanacaq. İkinci olaraq, həmin ərazidə yerləşən mənzillərdə də qiymət artımı yaşanacaq”.
Ekspert deyib ki, bu ərazi köhnə “Tarqovı” zonasında olan komfortun tərkib hissəsi kimi çıxış edəcək:
“Daha böyük bir areal və məsafə yaranacaq ki, burada ev almaq və obyekt sahibi olmaq prestij hesab olunacaq. Artım isə təqribən hər belə layihədən sonra ərazidə 30 faizə qədər baş verir. İlk mərhələdə maksimum 15 faiz artım baş verəcək. Sonradan isə bu istiqamətdə daha ciddi oturuşma yaranacaq. Bu oturuşma qeyri-yaşayış sahələrinin gəlirliliyinin artmasına, obyektlərin qiymətlərinin yüksəlməsinə və sonda həmin obyektlərə olan tələbatın, həmçinin binalarda yerləşən mənzillərin qiymətinin artmasına səbəb olacaq. Ərazinin bahalaşması, aktivləşməsi və dinamikləşməsi baş verəcək. Bu, çox müsbət layihədir və düşünürəm ki, sözügedən ərazidə piyada axınının artması bu layihənin kommersiya dəyərinin ikiqat yüksəlməsinə səbəb ola bilər. Nəticədə müasir standartlara uyğun şəkildə həmin ərazi üzrə layihələr davam edərsə və mənzərəyə uyğun olmayan köhnə evlər zaman keçdikcə söküntüyə məruz qalarsa şəhərin mənzərəsi daha da gözəlləşəcək”,- deyə o qeyd edib.
Qeyd edək ki, İslam Səfərli küçəsi tamamilə piyadaların istifadəsinə verilib. Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq Qış bulvarı ilə eyni səviyyəli piyada keçidi yaradılıb və beləliklə, iki mühüm ictimai məkan birləşdirilib. Yenilənən küçədə sıx ağaclar əkilərək “yaşıl tunel” effekti formalaşdırılıb, yeni infrastruktur elementləri quraşdırılıb və tarixi binaların, o cümlədən “Fantaziya hamamı”nın ətrafı abadlaşdırılıb. Layihə çərçivəsində ətraf kəsişmələrdə “ortaq küçə” prinsipi tətbiq edilərək piyadaların təhlükəsiz və rahat hərəkəti üçün bütün şərait təmin olunub./Demokrat.az/
19:29 / 25 İyun 2026
21
19:07 / 25 İyun 2026
37
18:53 / 25 İyun 2026
58
18:42 / 25 İyun 2026
72
18:35 / 25 İyun 2026
59
18:21 / 25 İyun 2026
60
17:51 / 25 İyun 2026
63
17:43 / 25 İyun 2026
66
17:33 / 25 İyun 2026
104
17:28 / 25 İyun 2026
92
17:26 / 25 İyun 2026
91
17:25 / 25 İyun 2026
81
17:18 / 25 İyun 2026
69
17:18 / 25 İyun 2026
61
17:09 / 25 İyun 2026
67
17:00 / 25 İyun 2026
77
16:55 / 25 İyun 2026
80
16:48 / 25 İyun 2026
84
16:45 / 25 İyun 2026
85
16:30 / 25 İyun 2026
90
16:25 / 25 İyun 2026
90
16:19 / 25 İyun 2026
515
16:05 / 25 İyun 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.