Bürclər üçün Oktyabr proqnozu: Kimə sevinc, kimə sürpriz gəlir?
29 Sentyabr 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1989
25.04.2026, 01:08
QOÇ - Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın.
BUĞA - Atdığınız hər bir addımın məsuliyyətini hiss edin. Bu, çıxaracağınız qərarların icrasında sizə böyük dəstək ola bilər. Əks təqdirdə gün ərzində müvəffəqiyyətə yetişə bilməyəcəksiniz.
ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Ola bilsin ki, yeni təkliflər də alasınız. Axşam təmiz havada gəzinməyiniz sağlamlığınıza xeyir gətirə bilər. Büdcənizdə artım mümkündür.
XƏRÇƏNG - Sevgi dolu bir gün yaşayacaqsınız. Yaxın adamların sizi başa düşməsi, o cümlədən səhvlərinizi bağışlaması ürəyinizcə olacaq. Nəzərdə tutmusunuzsa, nahardan sonra səfərə çıxın.
ŞİR - Nədənsə bu ərəfələr sizin üçün o qədər də ürəkaçan keçmir. Bu səbəbdən də riskli və qeyri-adi hərəkətlərə yol verməməlisiniz. Qonaq getmək, gəzintiyə çıxmaq çox səmərəlidir.
QIZ - İşlə özünüzü çox yormayın. Ulduzlar daha çox istirahətə yer ayırmağınızı tövsiyə edir. Saat 16-dan sonra yaxınlarınızla aranızda yaranmış anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışın.
TƏRƏZİ - Nahara qədər ümumi vəziyyətiniz qənaətbəxş olacaq. Nəzərdə tutduğunuz işlərin bir çoxunu gerçəkləşdirəcəksiniz. Sonrakı vaxtınızı isə daha çox sizi anlayan insanlarla keçirin.
ƏQRƏB - Sevgi amilinə daha böyük diqqət yetirin. Çünki iş gəldi-gedər olsa da, bu hisslər ilahidən gəldiyi üçün əbədidir. Gün ərzində sizə yaxın olanlarla mübahisələrdən yayının.
OXATAN - Hələ ki, mövcud durumunuz Göy qübbəsini qane edir. Əsası odur ki, hər hansı xoşagəlməzlik baş verməyəcək. Bu gün şəxsi işlərinizdə əsaslı dönüş etmək üçün aktivləşməlisiniz.
OĞLAQ - Hər mənada uğurlu gün yaşayacaqsınız. Ulduzlar bəxtinizin gətirəcəyini bəyan edir. Təzə xəbərlər də eşidəcəksiniz. Amma həmkarlarınızla təmkinli davranın ki, işdə passivlik yaranmasın.
SUTÖKƏN - Bir qədər mübahisəli ərəfədir. Daimi ünsiyyətdə olduğunuz adamlarla, ələlxüsus da həmkarlarınızla xoşagəlməz situasiyalara cəlb oluna bilərsiniz. Bələd olmadığınız ünvanlara getməyin.
BALIQLAR - Astroloji göstəricilərə görə bu gün əməkdaşlıq zəminində uğurlarınız böyük olacaq. Aldığınız təkliflərin perspektivlərinə inanırsınızsa, imtina etməyin. Varlanmaq şansınız var.
23:08 / 29 Sentyabr 2026
1
22:50 / 29 Sentyabr 2026
29
22:39 / 29 Sentyabr 2026
31
22:28 / 29 Sentyabr 2026
39
22:28 / 29 Sentyabr 2026
312
22:24 / 29 Sentyabr 2026
47
22:09 / 29 Sentyabr 2026
50
22:09 / 29 Sentyabr 2026
82
21:58 / 29 Sentyabr 2026
125
21:45 / 29 Sentyabr 2026
57
21:36 / 29 Sentyabr 2026
72
21:26 / 29 Sentyabr 2026
60
20:56 / 29 Sentyabr 2026
332
20:53 / 29 Sentyabr 2026
76
20:48 / 29 Sentyabr 2026
763
20:46 / 29 Sentyabr 2026
70
20:38 / 29 Sentyabr 2026
91
20:33 / 29 Sentyabr 2026
79
20:27 / 29 Sentyabr 2026
69
20:25 / 29 Sentyabr 2026
82
20:23 / 29 Sentyabr 2026
67
20:14 / 29 Sentyabr 2026
54
20:09 / 29 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.