Baş nazir sərəncam imzaladı
15 İyul 2026, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
611
24.04.2026, 20:49
Qrip və digər mövsümi virus infeksiyalarının yayıldığı dövrlərdə xəstələrin müalicəsi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülür. Bu təşəbbüslərdən biri də antibiotiklərin pulsuz paylanması ideyasıdır. İlk baxışda sosial dəstək kimi qiymətləndirilən bu yanaşma, əslində həm tibbi, həm də iqtisadi baxımdan mübahisəli məqamlar doğurur və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.
Bəs qrip zamanı antibiotiklərin pulsuz paylanması həqiqətən effektiv həll yoludur, yoxsa bu addım antibiotiklərin yersiz istifadəsini artıraraq daha ciddi problemlərə yol aça bilər?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, antibiotiklərin nəzarətsiz və kütləvi şəkildə paylanması bir çox mənfi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, ilk növbədə bu, iqtisadi baxımdan böyük yük deməkdir:
“Burada ciddi maliyyə vəsaitindən söhbət gedir. Antibiotiklərin geniş şəkildə pulsuz verilməsi dövlət büdcəsinə mənfi təsir göstərəcək. Amma məsələ təkcə iqtisadi tərəflə məhdudlaşmır.
Daha böyük təhlükə antibiotiklərin yersiz istifadəsinin genişlənməsidir. Onsuz da cəmiyyətdə bu dərmanlara yanlış yanaşma mövcuddur.
Bu gün virus infeksiyasına yoluxan da, sadəcə asqıran da antibiotik qəbul edir. Halbuki bu, tamamilə yanlışdır. Qrip virus mənşəli xəstəlikdir və antibiotiklər viruslara təsir etmir”.
Günay Lətifova vurğulayıb ki, antibiotiklər yalnız bakterial infeksiyalar zamanı və orqanizm həmin bakteriyalarla mübarizə apara bilmədikdə istifadə olunmalıdır:
“İnsan özünü bir qədər halsız hiss etdikdə və ya yüngül narahatlıq yarandıqda dərhal antibiotik qəbul etməməlidir. Bu preparatlar yalnız konkret göstəriş olduqda tətbiq olunmalıdır.
Antibiotiklərin nəzarətsiz istifadəsi gələcəkdə daha ciddi problem – antibiotiklərə qarşı müqavimətin artması ilə nəticələnəcək. Bu isə o deməkdir ki, gələcəkdə ən sadə bakterial infeksiyaların müalicəsi belə çətinləşə bilər”.
Sonda həkim antibiotiklərin yalnız resept əsasında verilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, düzgün yanaşma məhz maarifləndirmə, həkim müşahidəsi və dərman istifadəsinə ciddi nəzarətin təmin olunmasıdır.
Beləliklə, ekspert hesab edir ki, qrip zamanı antibiotiklərin pulsuz paylanması problemi həll etmək əvəzinə, daha böyük risklər yarada bilər.
19:37 / 15 İyul 2026
9
19:25 / 15 İyul 2026
37
19:03 / 15 İyul 2026
39
18:45 / 15 İyul 2026
54
17:38 / 15 İyul 2026
57
17:30 / 15 İyul 2026
52
17:26 / 15 İyul 2026
64
17:20 / 15 İyul 2026
88
17:14 / 15 İyul 2026
82
17:13 / 15 İyul 2026
86
17:10 / 15 İyul 2026
87
17:05 / 15 İyul 2026
90
17:03 / 15 İyul 2026
93
17:00 / 15 İyul 2026
77
16:50 / 15 İyul 2026
76
16:44 / 15 İyul 2026
77
16:33 / 15 İyul 2026
76
16:17 / 15 İyul 2026
81
16:11 / 15 İyul 2026
80
16:09 / 15 İyul 2026
68
16:00 / 15 İyul 2026
85
15:55 / 15 İyul 2026
84
15:33 / 15 İyul 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.