Hərbi xidmətlə bağlı vacib açıqlama - 1200 manat…
29 Sentyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
916
24.04.2026, 18:12
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir.
Oxu24.com xəbər verir ki, bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.


Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.
Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.
Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.
23:23 / 29 Sentyabr 2026
1
23:12 / 29 Sentyabr 2026
28
23:08 / 29 Sentyabr 2026
39
23:07 / 29 Sentyabr 2026
20
22:50 / 29 Sentyabr 2026
41
22:39 / 29 Sentyabr 2026
47
22:28 / 29 Sentyabr 2026
46
22:28 / 29 Sentyabr 2026
412
22:24 / 29 Sentyabr 2026
78
22:09 / 29 Sentyabr 2026
54
22:09 / 29 Sentyabr 2026
100
21:58 / 29 Sentyabr 2026
144
21:45 / 29 Sentyabr 2026
60
21:36 / 29 Sentyabr 2026
77
21:26 / 29 Sentyabr 2026
62
20:56 / 29 Sentyabr 2026
352
20:53 / 29 Sentyabr 2026
82
20:48 / 29 Sentyabr 2026
817
20:46 / 29 Sentyabr 2026
72
20:38 / 29 Sentyabr 2026
95
20:33 / 29 Sentyabr 2026
82
20:27 / 29 Sentyabr 2026
70
20:25 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.