Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1071
24.04.2026, 15:27
Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) rəhbərliyində bir sıra dəyişikliklər olub.
Oxu24.com xəbər verir ki,“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, qurumun İdarə Heyəti (İH) üzvlərinin sayı 29-dan 31-ə qaldırılıb.
Köhnə İH-dən 3 nəfər vəzifəsindən azad olunub. Bunlar “Kitab” Cəmiyyəti İdarə Heyətinin sədri Zərifə Salahova, akademik Yaqub Mahmudov və İsmayıllı Rayon Ağsaqqallar Şurasının üzvü Qriqoriy Smirnovdur. Bundan başqa, ötən ay dünyasını dəyişən Xalq artisti Rasim Balayevin adı siyahıdan çıxarılıb.
Ötən gün keçirilən qurultayda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə 7 yeni üzv seçilib. Bunlar aşağıdakılardır.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova;
Dövlət Dəniz Akademiyasının sabiq rektoru, keçmiş kənd təsərrüfatı naziri, Milli Məclisin deputatı Heydər Əsədov;
Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov;
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri, Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü Milix Yevdayev;
“İçərişəhər” Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Sara Xanlarova;
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov;
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni üzvlərinin tam siyahısını təqdim edirik:
1.Quliyev Eldar Allahyar oğlu;
2.Əmiraslanov Əhliman Tapdıq oğlu
3.İbrahimov Eldar Rza oğlu;
4.Vəliyev Ağalar İsrəfil oğlu;
5.Yusifov Bayram Məmməd oğlu;
6.Novruzov Vahid Tapdıq oğlu;
7.Süleymanov Tahir Süleyman oğlu;
8.Məhərrəmov Abel Məmmədəli oğlu;
9.Paşazadə Allahşükür Hümmət oğlu;
10.İmanov Kamran Sultan oğlu;
11.Həbibbəyli İsa Əkbər oğlu;
12.Səmədzadə Ziyad Əliabbas oğlu;
13.Şadlinski Vaqif Bilas oğlu;
14.Hüseynova Mahirə Nağı qızı;
15.Həsənzadə Nəriman Əliməmməd oğlu;
16.Həşimov Arif Məmməd oğlu;
17.Qasımzadə Elbay Ənvər oğlu;
18.Naxçıvanlı Aqiyə Həbib qızı;
19.Quliyev İbrahim Oruc oğlu;
20.Əsədov Heydər Xanış oğlu;
21.Mərdanov Misir Cumail oğlu;
22.Rəfiyev Akif Bəşir oğlu;
23.Zeynalov Həsən Sultan oğlu;
24.Əliyev Fuad Yusif oğlu;
25.Hacıyev Şəmsəddin Hümmət oğlu;
26.Yevdayev Milix İlxananoviç;
27.Xanlarova Sara Cəbrayıl qızı;
28.Ələkbərov Urxan Kazım oğlu;
29.Quliyev Vahid Həbibulla oğlu;
30.Qasımov Əsabil Qarakişi oğlu;
31.Əlizadə Akif Ağamehdi oğlu.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.