AQTA-da kadr dəyişikliyi: Müavin işdən ÇIXARILDI
15 İyul 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
23.04.2026, 23:16
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı milli mədəniyyətimizin ən mühüm elementlərindən biri olan toy mərasimlərinin artıq öz mahiyyətini itirdiyini və eybəcər formaya salındığını bildirib.
""Azərbaycan toyu” deyilən anlayış demək olar ki, yoxa çıxıb. Bəzi ucqar kəndlərdə ənənəvi elementlər qorunsa da, ümumi mənzərədə bu mərasimlər artıq toy deyil. Bugünkü toylar hədsiz israfçılığın, dəbdəbənin, hay-küyün və özünü göstərmək meylinin hökm sürdüyü şouya çevrilib. Bu, artıq mənəvi dəyər üzərində qurulan ailə mərasimi yox, nümayiş xarakterli tədbirdir. Halbuki toy ailə qurulmasının təntənəli qeydidir və mənəvi məzmun daşımalıdır. Son dövrlərdə isə bu mərasimlər “müasirlik” adı altında ifrata varıb, nəzarətdən çıxıb. Bu vəziyyət insanlara həm maddi, həm də mənəvi baxımdan ciddi zərər vurur. Toylar bir-biri ilə yarışa çevrilib: bahalı geyimlər, qızıl əşyalar, şişirdilmiş menyular, çoxsaylı və lazımsız xidmətlər bu yarışın əsas elementləridir. Üçmərtəbəli süfrələr, hədsiz yemək çeşidləri açıq israfçılıqdır və artıq normadan kənardır".
Sosioloq bildirib ki, bundan əlavə, toy mərasimlərində səs səviyyəsi ciddi problemə çevrilib.
"Həddindən artıq yüksək musiqi insanların sağlamlığına mənfi təsir göstərir və bu, artıq “akustik terror” səviyyəsinə çatır. Bütün bunlar toyun mahiyyətinin tamamilə deformasiyaya uğradığını göstərir. Ən ciddi problemlərdən biri də sosial-iqtisadi yükdür. Ənənəvi olaraq toyda verilən hədiyyə və pul yardımları yeni qurulan ailəyə dəstək məqsədi daşıyırdı. Lakin hazırda toy xərcləri o qədər artıb ki, ailələr bu mərasimdən borcla, kreditlə çıxır. Toplanan vəsait isə ailəyə yox, əsasən restoranlara, şadlıq evlərinə və müxtəlif xidmət sahələrinə yönəlir. Nəticədə yeni ailə dəstək almaq əvəzinə borc yükü ilə üz-üzə qalır. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr üçün daha ağırdır. Yüksək toy xərcləri bir çox gəncin evliliyini gecikdirir, hətta mümkünsüz edir. Çünki toy təkcə mərasimdən ibarət deyil, cehiz, qızıl, digər xərclər də ciddi maliyyə yükü yaradır".
Onun sözlərinə görə, digər problem isə qonaq sayının süni şəkildə artırılmasıdır.
"Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, toyda yüzlərlə insan iştirak etməlidir. Halbuki dünya təcrübəsində toylar daha çox yaxın qohum və dostların iştirakı ilə, məhdud sayda keçirilir. Bizdə isə 300-500 nəfərlik toylar adi hal alıb. Bu, həm də cəmiyyət üçün əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir ay ərzində bir neçə toy dəvətnaməsi alır və hər biri üçün müəyyən məbləğdə pul vermək məcburiyyətində qalır. Orta aylıq gəlirlərin aşağı olduğu şəraitdə bu, ciddi sosial problemə çevrilir. Beləliklə, toy mərasimləri artıq mənəvi mahiyyətini itirmiş, cəmiyyətə zərər vuran şouya çevrilib. Bunun Azərbaycan mədəniyyəti və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur. Çıxış yollarına gəldikdə isə, bu məsələ illərdir müzakirə olunur. Dünyada və region ölkələrində bu sahədə müəyyən məhdudiyyətlər və standartlar tətbiq edilib. Məsələn, bəzi Orta Asiya ölkələrində toyların formatı qanunvericiliklə tənzimlənir. Azərbaycanda da müəyyən mərasimlərdə qismən nizamlanma müşahidə olunur və bu, problemin həllinin mümkün olduğunu göstərir. Lakin görünən odur ki, insanlar könüllü şəkildə bu dəyişikliklərə getmədiyi üçün inzibati mexanizmlərə ehtiyac yaranır".
Ekspert bildirib ki, toy sektorunda da standartlar müəyyən edilməlidir.
"Məsələn, restoranların məcburi şəkildə şişirdilmiş menyular təqdim etməsi aradan qaldırılmalı, sadə və sərfəli seçimlərə imkan verilməlidir. Eyni zamanda, bahalı geyimlər, avtomobillər, yüksək qonorar tələb edən ifaçılar kimi əlavə xərclər zəruri element kimi təqdim olunmamalıdır. Bundan başqa, qida təhlükəsizliyi və xidmət keyfiyyəti üzərində də ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda keyfiyyətsiz məhsullar insanların sağlamlığı üçün risk yaradır. Ümumilikdə, toyların sadə, mənəvi məzmunlu və iqtisadi baxımdan əlçatan formada keçirilməsi təmin olunmalıdır. Verilən hədiyyə və maddi dəstək birbaşa yeni qurulan ailəyə yönəlməlidir. Bu problemin həlli üçün dövlət səviyyəsində ictimai şura yaradılması, müvafiq qurumların və ziyalıların iştirakı ilə vahid qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur".
00:17 / 15 İyul 2026
47
23:54 / 14 İyul 2026
59
23:34 / 14 İyul 2026
63
22:49 / 14 İyul 2026
67
22:22 / 14 İyul 2026
80
22:06 / 14 İyul 2026
163
21:25 / 14 İyul 2026
76
21:14 / 14 İyul 2026
91
20:50 / 14 İyul 2026
80
20:44 / 14 İyul 2026
82
20:36 / 14 İyul 2026
130
20:21 / 14 İyul 2026
74
20:03 / 14 İyul 2026
84
19:47 / 14 İyul 2026
85
19:25 / 14 İyul 2026
96
19:07 / 14 İyul 2026
147
18:43 / 14 İyul 2026
84
18:16 / 14 İyul 2026
102
18:03 / 14 İyul 2026
98
17:38 / 14 İyul 2026
107
17:30 / 14 İyul 2026
126
17:25 / 14 İyul 2026
131
17:20 / 14 İyul 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.