Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1524
23.04.2026, 21:51
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.
Oxu24.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.
Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.
Qərara əsasən, hər dörd şəxs üzrə həbs müddətinin başlanğıcı 21 aprel 2026-cı il tarixindən hesablanır.
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.