Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1041
23.04.2026, 21:45
Azərbaycanda maliyyə sektorunun mühüm qollarından biri olan lizinq fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm yeniliklər gətirilir. Belə ki, maliyyə icarəsi (lizinq) ilə məşğul olmaq istəyən şəxslərin xüsusi reyestrə daxil edilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi qaydaları müəyyənləşib. Bu addım bazarda fəaliyyət göstərən şirkətlərin rəsmi qeydiyyatını təmin etməklə yanaşı, sahə üzrə nəzarət mexanizmlərini daha da gücləndirməyi hədəfləyir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Reyestrə daxil edilmə lizinq fəaliyyəti göstərən şirkətlərin rəsmi qeydiyyata alınmasıdır. Bu, bazarda kimlərin fəaliyyət göstərdiyinə dair məlumatların öz təsbitini tapması və proseslərə nəzarətin gücləndirilməsi deməkdir.
Ekspertin sözlərinə görə, bu yenilik sahibkarlar üçün daha etibarlı bir mühit yaradacaq və ölkənin ümumi investisiya cəlbediciliyinə müsbət təsir göstərəcək:
“Yeni sistem bazarda şəffaflığı artıracaq və tərəflər arasında etimadı gücləndirəcək.
Dövlət rüsumlarının tətbiqi və ya artırılması yeni şirkətlərin bazara daxil olmasını müəyyən qədər çətinləşdirə bilər. Rüsumların artmasına baxmayaraq, prosesin rəsmiləşdirilməsinin müsbət effektləri daha yüksəkdir. Çünki bu, qeyri-rəsmi fəaliyyətin qarşısını alır”.
Eldəniz Əmirov qeyd edib ki, maliyyə icarəsi verənlərin qeydiyyata alınması bütövlükdə iqtisadiyyat üçün irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, yeni qaydalara əsasən, maliyyə icarəsi verənlərin reyestri Mərkəzi Bank tərəfindən aparılır. Bu qeydiyyat sistemi lizinq şirkətlərinin maliyyə dayanıqlığını izləməyə və istehlakçıların hüquqlarını qorumağa imkan verir. Dövlət rüsumunun müəyyən edilməsi isə bu sahənin tənzimlənən iqtisadi fəaliyyət növü kimi statusunu möhkəmləndirir.
Çimnaz Telmanqızı
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.