Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
662
23.04.2026, 12:27
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Mehdilər və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
Qurumdan Oxu24.com-a verilən açıqlamada deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
"Bu nəzərə alınaraq, Mingəçevir su anbarında və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə 1-cidən Kür çayının aşağı axınına saniyədə 700 kubmetr su buraxılır. Suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Agentliyin Regional Su Meliorasiya Xidməti qabaqlayıcı tədbirlər görür.
Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.
Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri mütəmadi monitorinqlər aparır və vəziyyət tam nəzarət altındadır", - deyə məlumatda qeyd olunub.
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.