Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1042
23.04.2026, 11:18
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır: Ekspertdən mühüm iqlim xəbərdarlığı
2026-cı ilin iyun ayında Azərbaycan mühüm beynəlxalq tədbirə – Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən “RES2026” regional ekoloji sammitində çıxışı zamanı bildirib.
Oxu24.com xəbər verir ki, bu mötəbər hadisə ərəfəsində ölkədəki ekoloji vəziyyət və iqlim dəyişikliyinin təsirləri yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev Oxu24.com-a açıqlama verib.
Ekspert həm maarifləndirmə işlərinin səviyyəsini qiymətləndirib, həm də iqlim dəyişikliyinin bölgələrə təsirindən danışıb.
Maarifləndirmə işlərinin kifayət qədər olub-olmaması ilə bağlı sualı cavablandıran M.Mehdiyev bildirib ki, bu məsələ Azərbaycanda artıq öz aktuallığını tapıb. O, mediada bu mövzunun geniş işıqlandırıldığını vurğulayıb:
"Maarifləndirməni kifayət qədər görürəm, amma çox yaxşı görmürəm. Reklamlarda, qəzet və jurnallarda, telekanallarda ekoloji məsələlər haqqında kifayət qədər danışılır. Amma əməllərimizdə bir balaca gerilik var. Bu geriliyi aradan qaldırsaq, lap yaxşı olar".
İqlim dəyişikliyinin hiss edilməsi üçün mütəxəssis olmağa ehtiyac qalmadığını deyən ekoloq, temperatur göstəricilərindəki ciddi fərqlərə diqqət çəkib. Onun sözlərinə görə, iqlim dəyişib və bu, əksər regionlarda özünü göstərir.
“Xüsusilə 1961-1990-cı illərin baza normaları ilə müqayisədə hazırkı vəziyyət narahatlıq doğurur. Dağətəyi bölgələrdə temperatur fərqi daha kəskin hiss olunur. Temperatur normadan 0,6 dərəcə, bəzi hallarda isə 1-1,5 dərəcə yuxarı qalxıb. Aran rayonlarında dəyişiklik dağətəyi bölgələrlə müqayisədə nisbətən az hiss olunsa da, iqlim dəyişikliyinin təsiri hər yerdə özünü büruzə verir”.
Məhərrəm Mehdiyev qeyd edib ki, hesablamalar dağətəyi rayonlarda istiləşmənin daha sürətli getdiyini və dəyişikliklərin burada daha qabarıq olduğunu təsdiqləyir.
Çimnaz Telmanqızı
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.