Tovuz döyüşlərindən 6 il ötür
12 İyul 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
22.04.2026, 09:48
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
Oxu24.com Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi” bülletenində bildirilib.
Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.
Eyni zamanda, 2024-cü ildə "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.
Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.
Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.
Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
00:51 / 12 İyul 2026
102
00:26 / 12 İyul 2026
109
22:18 / 11 İyul 2026
75
22:14 / 11 İyul 2026
133
21:52 / 11 İyul 2026
133
21:33 / 11 İyul 2026
124
20:35 / 11 İyul 2026
133
20:31 / 11 İyul 2026
143
20:15 / 11 İyul 2026
140
19:54 / 11 İyul 2026
136
19:15 / 11 İyul 2026
113
18:31 / 11 İyul 2026
131
13:50 / 11 İyul 2026
164
13:36 / 11 İyul 2026
155
13:23 / 11 İyul 2026
149
12:57 / 11 İyul 2026
160
12:45 / 11 İyul 2026
823
12:30 / 11 İyul 2026
794
12:19 / 11 İyul 2026
154
12:16 / 11 İyul 2026
151
12:08 / 11 İyul 2026
242
11:49 / 11 İyul 2026
1384
11:42 / 11 İyul 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.