Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
973
21.04.2026, 16:24
Daşınmaz əmlakın sənədləşdirilməsi, texniki pasportun hazırlanması və "çıxarış" (kupça) alınması prosesində vətəndaşların ən çox qarşılaşdığı çətinliklər nələrdir?
Oxu24.com mövzu ilə bağlı həm Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi sorğu ünvanlayıb.
Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, çıxarışların alınması üçün ilkin mərhələ olan inventarizasiya və texniki pasportun hazırlanması prosesi qanunla tənzimlənən konkret qaydalara əsaslanır.
Texniki pasport nədir? Əmlakın texniki göstəriciləri (ümumi sahəsi, köməkçi sahəsi, otaqların sayısı, yerləşdiyi torpaq sahəsi, köməkçi tikililər və s.) barədə məlumatı əks etdirən əsas sənəddir. Bu sənəd olmadan əmlakın hüquqi statusunu müəyyən etmək mümkün deyil.
Ölçülmə necə aparılır? Proses ASAN Xidmət və ya müvafiq İnventar bürosu nümayəndələrinin iştirakı ilə yerində aparılır. Mənzilin yaşayış və köməkçi otaqları (mətbəx, sanitar qovşaq, dəhliz və s.), həmçinin eyvanlar lazer şüalı “Distomat” cihazı ilə ölçülür. Vətəndaşların ən çox sual verdiyi məqam budur. Ümumi sahə hesablanarkən balkon və terrasların sahəsi 0,3, şüşəbənd və lociyaların sahəsi isə 0,5 azaltma əmsalına vurulur.
“Kupça" alınmasında ən çox rast gəlinən problem sənədlərin qanunvericiliyə uyğun olmaması, torpağın faktiki istifadə yeri ilə sənəddəki koordinatların və təyinatın fərqli olmasıdır.
Məsələnin praktiki tərəfləri ilə bağlı Oxu24.com-a danışan memar Cahid Həsənov vətəndaşların və tikinti aparan şəxslərin yol verdiyi ciddi qüsurları bir-bir sadalayıb. Memar qeyd edib ki, bir çox hallarda "kupça" almağın mümkünsüzlüyünə səbəb məhz vətəndaşın öz məsuliyyətsizliyidir:
"İnventar bürodan nümayəndə gəlir, mövcud tikilini ölçür, hesabat çıxarır. Amma ən çox rast gəlinən problem budur ki, tikililərin ya lisenziyalı memarlıq firması tərəfindən layihəsi yoxdur, ya da layihə olsa da, tikinti ondan kənar aparılıb. Layihədən əlavə iri həcmli tikililər tikirlər, qırağaçıxmalar olur. Belə hallar sənədləşmədə ciddi problem yaradır”.
Cahid Həsənov vətəndaşların "əvvəl tik, sonra layihə axtar" yanaşmasına öz münasibətini bildirib:
"Söhbətə baxın: vətəndaş tikir, kupça məsələsi gələndə memar axtarır ki, “Gəl, necə tikmişəm, bunu layihəyə sal”. Bu, çox gülməli və iyrənc bir şeydir! Axı yüzlərlə memarlıq firması var, onların ofisləri, reklamları var. Onlar cüzi qiymətə bu layihələndirmə işini görürlər. Necə ola bilir ki, bir usta çağırıb otaqları böldürürsən, tikirsən, amma kupça alanda layihə olmur? Layihəçi, memar o vaxt çağırılır ki, “Kupça almaq istəyirəm, gəl bunu layihəyə sal”. Belə olmaz”.
Memarın sözlərinə görə, layihənin olmaması təkcə sənəd problemi deyil, həm də evin keyfiyyəti ilə bağlıdır:
"İstər fərdi ev olsun, istər iki mərtəbəli – tikilinin estetik tərtibatı, bir gözəlliyi olmalıdır. Əvvəldən memara müraciət olunsa, o, təbii işıqlanmanı, havalandırmanı və otaqların komfortunu elə həll edərdi ki, işığa, qaza hər ay əlavə xərclər getməsin.
Elə evlər var ki, yol səthindən 40-50 santimetr aşağıda tikilir. İndi yağış yağır, su həyətə dolur. Kanalizasiya sistemi, kommunikasiya xətləri əvvəlcədən qurulmalıdır. Əgər ərazi alçaqdadırsa, memar bunu relyefə uyğun planlaşdırardı”.
Cahid Həsənov sonda vətəndaşları mütəxəssisə öncədən müraciət etməyə səsləyib:
“İnsanlarımız bu layihə və kommunikasiya işini əvvəlcədən həll etməlidirlər. Əvvəlcədən dövlət tərəfindən lisenziyalı peşəkar memarlıq studiyalarına müraciət etmədiklərinə görə indi özlərini böyük çətinliyə salıblar”.
Qeyd edək ki, əmlakınızın həm sənədli, həm də rahat olması üçün peşəkar yardımı hər zaman tikintidən öncə alınmalıdır.
Hazırladı: Çimnaz Telmanqızı
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.