Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
526
21.04.2026, 14:53
Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hadisələr onu deməyə əsas verir ki, təhsil sahəsində ciddi boşluqlar var. Şagirdlərin həddən ziyadə aqressiv davranışı, həmyaşıdına qarşı zor tətbiq etməsi hətta, ağır xəsarətlər yetirməsi göstərir ki, məktəb hazırkı dövrdə yalnız təhsil verməklə kifayətlənir.
Uşaqlarla fərdi söhbətlər aparılmır. Əlbəttə ki, hər bir təhsil müəssisəsi tabeliyində olan uşaqların xarakter və davranışına bələddir. Kimin hansı tərəfdən güclü və zəif nöqtələri, cəhətləri olduğunu da çox gözəl bilir. Belə olan halda, adı olub, fəaliyyəti heç nəylə hiss olunmayan psixoloqlar niyə-"pis xoloqluq" edir? Nəyə görə məktəblinin dərs müddətində narahatlıq yaradan davranışı nəzarətə götürülmür?
Fərdi söhbətlər aparılmır? Məktəb valideynlə birgə işləmir? Valideyn iclasları yalnız özmaraq dairəsində keçirilir? Əlbəttə ki, yaranmış suallar heç də bütün məktəblərə aid deyil. Ancaq istisnalar da var. Göründüyü kimi nə qədər cavabsız suallar var.
Əgər bəzi məqamlarda hansısa şagirdin törətdiyi hadisə sosial şəbəkələr üzərindən əsaslandırılırdısa və yaxud da oynadıqları qadağan olunmuş oyunların səbəb olduğu deyilirdisə, son hadisələr başqa mətləblərdən xəbər verir.
Məsələn, aprelin 20-də Yasamal rayonu 286 nömrəli məktəbin bir şagirdinin digərinin sifətinə spirt atıb, alışqanla yandırmasının kökündə başqa səbəblərin dayandığını göstərdi. Hadisə baş verən ana kimi incidilən yeniyetmə müəllimə, məktəb direktoruna vəziyyətlə bağlı məlumat versə də, heç bir ölçü götürülməyib. Nəticədə, alçaldılan, incidilən şagird digərini qeyd edilən üsulla cəzalandırmaq fikrinə gəlib. Sonrası da məlumdur.
Bir şagird xəstəxana divarları arasında canı ilə əlləşir-deyilənə görə yanıq xəsarətləri olan yeniyetmənin vəziyyəti ağır olaraq qiymətləndirilir. Digər məktəbli isə hələ dünyanın bərkinə-boşuna düşməmiş, müstəqil həyata qədəm qoymamış polis dindirməlırində əzab çəkir. Ən böyük sual isə burada yaranır?
KİMDİR MÜQƏSSİR?
Ramidə Allahverdiyeva
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.