Tovuz döyüşlərindən 6 il ötür
12 İyul 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
440
21.04.2026, 11:42
Cəmiyyətin bir qismi iyrənc forma alıb və acınacaqlı istiqamətə yönəlib. Sanki dəb halını almış sosial şəbəkə "aşiqləri" ən aktual platforma olan Tik-Tok-la yaşayır. Müxtəlif zümrələri əhatə edən insanlar daha asand qazanc mənbəyi kimi hər cür variantlardan istifadə edirlər.
Nəticə etibarilə, bu insanların bəziləri geni dəyişdirilmiş məhsula çevrilir. Kişilər nazlanır, qadınlar isə daha vəhşi, barbar görkəm alır. Süni qalmaqallar, qaraqışqırıqlar, sinəsini cırıb, ətəyini qaldıran fenomenlər bəzən "ulduza" çevrilərək halaldır alqışı da alır. 1,2 manat üçün dilənçi görkəmi alanlar hətta, böyük məbləğdə pullar da qazanır.
Odur ki, gecə-gündüz sosial şəbəkələrdə yatıb-duranlar cəmiyyətin bir qismi arasında marağa səbəb olaraq daha cəlbedici xarakter alır. Yəni, gənc qızların evdən qaçması, qadınların ailə, uşağını atıb, hansısa yad, tanımadığı kişinin eşqi ilə paytaxta və digər şəhərlərə qaçması da adi hala çevrilib. İnsanlar bu sosial şəbəkə fenomenlərinin rahat, yüngül həyat tərzini izləyib, onlara bənzəməyə, dəbdəbəli həyat tərzi keçirməyə meyillənirlər. Nəticəsi isə daha ağır fəsadlara yol açır. Milli-mənəvi dəyərlər pozulur, ailə modeli dağılır, süni, yad ənənələr daha geniş yayılır.
Misal olaraq bir faktı qeyd etmək yerinə düşər. Bir neçə gün əvvəl Bakı Bulvarında törədilən "terror" cəmiyyətdə bəzi qadınların incə, zərif ruhunun nə qədər odunlaşmasından, qabalaşmasından xəbər verir.
Nəyinsə xatirinə gözəlliyi məhv etmək, könül oxşayan çiçəkli ərazini əzib, dağıdmaq buna bariz nümunədir. Nə qədər ruhsuz, sevgisiz və şüursuz olmalısan ki, belə bir gözəlliyi tapdalamağa qıya biləsən. Şair romantikanın qurbanı kimi nə demişdir?
Deyirdi ki, "çiçəklər qadın əlində daha gözəl görünür". Bəs, ayağında necə?
Müəllif: Ramidə Allahverdiyeva
00:51 / 12 İyul 2026
28
00:26 / 12 İyul 2026
52
22:18 / 11 İyul 2026
50
22:14 / 11 İyul 2026
83
21:52 / 11 İyul 2026
82
21:33 / 11 İyul 2026
80
20:35 / 11 İyul 2026
88
20:31 / 11 İyul 2026
98
20:15 / 11 İyul 2026
95
19:54 / 11 İyul 2026
92
19:15 / 11 İyul 2026
99
18:31 / 11 İyul 2026
118
13:50 / 11 İyul 2026
154
13:36 / 11 İyul 2026
145
13:23 / 11 İyul 2026
140
12:57 / 11 İyul 2026
154
12:45 / 11 İyul 2026
789
12:30 / 11 İyul 2026
731
12:19 / 11 İyul 2026
149
12:16 / 11 İyul 2026
144
12:08 / 11 İyul 2026
231
11:49 / 11 İyul 2026
1320
11:42 / 11 İyul 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.