Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib
20 İyun 2026, 13:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
497
20.04.2026, 19:54
Azərbaycanın siyasi və iqtisadi gündəmində Baş nazir Əli Əsədovun biznes imperiyası ilə bağlı yayılan məlumatlar və ölkədəki mövcud iqtisadi durum fonunda bu ifşaların pərdəarxası məqamları ciddi müzakirə mövzusuna çevrilib. Məsuliyyət ünvanının müəyyənləşdirilməsi və hakimiyyət daxili qrupların maraqları bu prosesin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.
Oxu24.com xəbər verir ki bu barədə ReAL Partiyasının sədri Natiq Cəfərli danışıb. O, qeyd edib ki, Azərbaycanda korrupsiya sahəsi kifayət qədər “şəffafdır” və paytaxtın müəyyən ərazilərindəki obyektlərin kimə məxsus olduğunu sıravi vətəndaşlar belə yaxşı bilirlər: “Mən bir daha təkrar edim: Azərbaycanda ən şəffaf sahə korrupsiyadır. Hamı hər şeyi bilir. Məsələn, o Bayıldakı restoranlar… Mən özüm o tərəfdə yaşayıram, inandırım sizi taksi sürücüləri belə adıyla bilirdi — ‘Əli müəllimin restoranı’ deyirlər. Tam ciddi deyirəm. Ona görə belə bir siyahının olması bizi təəccübləndirmədi, amma çıxması təəccübləndirdi”.
Onun sözlərinə görə, bu siyahının indi ortaya çıxmasının kökündə ölkədəki pisləşən iqtisadi göstəricilər və resessiya təhlükəsi dayanır: “Azərbaycanda çox ciddi iqtisadi böhran elementləri var. Makroiqtisadi göstəricilər bərbaddır, resessiyaya daxil olmaq üzrəyik. İndi bunun bir günahkarı lazımdır axı. Baş nazir sosial-iqtisadi məsələlərlə məşğul olan Nazirlər Kabinetinin başındadır. Bu iqtisadi vəziyyət pisləşibsə, deməli Nazirlər Kabineti öz funksiyasını doğru-düzgün yerinə yetirməyib. Niyə? Çünki başı öz biznesinə qarışıb. Bu qədər obyekti olan insanın dövlət işinə ayırmağa vaxtı qalmır. Ölkədəki iqtisadi çətinliklərin yaranma səbəbinin ünvanının Baş nazir institutu olduğunu göstərmək üçün bu versiya irəli sürülüb”.
Cəfərli bildirib ki, baş verənlər həm də hakimiyyət daxilindəki qrupların məsuliyyətdən qaçmaq və səlahiyyət davası aparmaq cəhdidir: “Azərbaycan reallıqları kontekstində kimlərsə daxildə mübarizə aparır. Bu dava, birincisi, məsuliyyət və səlahiyyət davasıdır. İkincisi, iqtisadi vəziyyətin pisləşməsi üçün hədəf göstərilməmə çabalarıdır. Nazirlər istəyirlər ki, zərbə onlardan yan keçsin. Ola bilsin ki, nazirlərin özlərinin də marağı var ki, Əli Əsədovun iş üslubu bəyənilmir və onun getməsi üçün belə bir zəmin hazırlanır. Əgər bu siyahılar vətəndaşlara mesaj olaraq çıxarılırsa, biz də seçici olaraq hökumətə deyəcəyik ki, əgər kadrlarınız bacarmırsa, icra başçınız oğru, baş naziriniz belədirsə, yerinizə bacaranlar gəlib hökumət qursun”.\\musavat.com
13:16 / 20 İyun 2026
91
13:07 / 20 İyun 2026
56
13:02 / 20 İyun 2026
42
12:39 / 20 İyun 2026
339
12:29 / 20 İyun 2026
106
12:26 / 20 İyun 2026
62
12:22 / 20 İyun 2026
132
12:14 / 20 İyun 2026
78
11:48 / 20 İyun 2026
325
11:34 / 20 İyun 2026
1062
10:40 / 20 İyun 2026
80
09:49 / 20 İyun 2026
104
09:46 / 20 İyun 2026
94
09:44 / 20 İyun 2026
97
00:22 / 20 İyun 2026
1534
00:13 / 20 İyun 2026
1840
00:10 / 20 İyun 2026
151
23:56 / 19 İyun 2026
6409
23:51 / 19 İyun 2026
140
23:49 / 19 İyun 2026
270
23:19 / 19 İyun 2026
302
23:03 / 19 İyun 2026
4592
22:56 / 19 İyun 2026
366
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.