Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
459
20.04.2026, 11:23
AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
Bu barədə Oxu24.com-a “AzInTelecom"dan bildirilib.
Qeyd edilib ki, süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU” çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. “AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.
09:22 / 12 Noyabr 2026
1
08:13 / 12 Noyabr 2026
159
07:20 / 12 Noyabr 2026
106
03:10 / 12 Noyabr 2026
143
01:25 / 12 Noyabr 2026
238
00:55 / 12 Noyabr 2026
218
00:43 / 12 Noyabr 2026
148
00:35 / 12 Noyabr 2026
418
00:33 / 12 Noyabr 2026
138
00:27 / 12 Noyabr 2026
153
00:24 / 12 Noyabr 2026
186
00:19 / 12 Noyabr 2026
184
00:17 / 12 Noyabr 2026
316
00:11 / 12 Noyabr 2026
174
23:54 / 11 Noyabr 2026
155
23:52 / 11 Noyabr 2026
151
23:50 / 11 Noyabr 2026
179
23:45 / 11 Noyabr 2026
1838
23:28 / 11 Noyabr 2026
142
23:24 / 11 Noyabr 2026
153
23:18 / 11 Noyabr 2026
171
23:09 / 11 Noyabr 2026
159
23:03 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.