İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı işlər görülür
17 Aprel 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
199
15.04.2026, 19:56
Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur.
Oxu24.com xəbər verir ki bəzi hallarda bu vəziyyət iqlim dəyişiklikləri ilə əlaqələndirilsə də, Ölkə.Az-a danışan Elm və təhsil nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bu vəziyyətin ölkədə rütubətli dövrün başlaması ilə bağlı olduğunu deyir:
“Azərbaycan ərazisində 70-80-ci illərdəki uzun müddət davam edən quraqlıqdan sonra artıq rütubətli dövr başlayıb. Məsələn, bizim ən quraq ərazimiz Naxçıvan idi, artıq 1-2 ildir rütubət orada 40%-ə qədər artıb. Digər ərazilərdə də rütubətin artdığı müşahidə olunur.
Xəzər dənizində də suyun səviyyəsinin aşağı enməsi artıq stabilləşib. Yəqin ki, bir neçə illik stabilləşmədən sonra suyun səviyyəsi qalxa bilər. Hələlik tendensiya əvvəlkilərin təkrarıdır.
Azərbaycan ərazisinə 9 növ hava kütləsi daxil olur. Bakı şəhərinin iqlimi yarımsəhra quru çöl iqlimi, təbiəti də belədir. Başqa cür desək, nisbətən quraq iqlim şəraitinə aiddir. Çoxillik rəqəmlərə əsasən deyə bilərəm ki, ildə təxminən 320-350 mm yağıntı düşür.
Hazırda göründüyü kimi respublika ərazisinə, o cümlədən də Bakı şəhərinə illik normadan bir neçə dəfə çox yağıntı düşüb. Ucqar dağlıq ərazilərimizdə kifayət qədər qar ehtiyatı yığılıb. Məsələn, Qubanın elə kəndləri var ki, 3-3.5 metrə yaxın qar ehtiyatı yığılıb. Çətinliklər də var, amma bununla bərabər Bakı şəhərinə yağan yağıntılar normadan artıqdır. Bu da bir sıra problemlər yaradır.
Artıq vəziyyət tamam başqa istiqamətdədir. Yəqin ki, rütubətlənmə dövrü başlayacaq. Bu da bir neçə 10 illik davam edə bilər”.
Ə.Əliyev havaların yağışlı keçməsinin səbəbini qərbdən və şimal-şərqdən gələn hava axını ilə bağlı olduğunu söyləyib:
Həmçinin oxuyun
“Səbəb ondan ibarətdir ki, bizim ərazimizə Qərbdən yəni Atlantik okeanından gələn rütubətli hava kütlələri hakimdir. Buna biz “azor maksimumu” deyirik. Şimal-şərqdən gələn Sibir antisiklonunun soyuq hava kütlələri də yağıntıları xeyli artırır. Bu yağıntılar gördüyünüz kimi bizim ərazimizlə bərabər Aralıq dənizinin bir sıra ölkələri kimi hətta İranın da bir sıra sahələrinə rütubət gətirməkdədir. Şimal-şərqdən soyuq və isti hava kütlələrinin bir-biri ilə
nəticəsində dolu, güclü yağışlar yağır.
Bu hava kütlələrinin təsiri nəticəsində yağıntıların düşməsini normal qəbul etmək olar, amma əvvəlki illərə nisbətən rütubət gətirməsi təbii ki, müəyyən fəsadlara da səbəb olur”.
Ə.Əliyev qışın sonu, yaz mövsümünün başlanğıcında yağıntılı hava şəraitinin ölkəmiz üçün xarakterik olduğunu söyləyib:
“İndi yazöncəsidir. Quraqlıq dövründə də bu vaxtlar yağıntı nisbətən çoxalırdı, amma indi kifayət qədər yağıntı artıb. Bu yağıntılar təkcə bizi yox, Türkiyə, İsrail və İran təbiətinə də rütubətləndirici təsir göstərir. Çünki onlar da quraqlıdan müəyyən qədə əziyyət çəkiblər. Azərbaycan ərazisinə qışın sonu yazın əvvəlində və yazın sonu yayın əvvəlində çox yağıntılar düşür.
Bizim quraqlıq dövründə kifayət qədər problemimiz oldu. Yağıntılar dövründə isə səth sularını anbarlara toplaya bilsək, kənd təsərrüfatı və məişətdə problemlərimiz olmayacaq”.
Ə.Əliyev ötən gün Bakı və Abşeron yarmadasının bəzi ərazilərinə dolu düşməsindən də söz açıb:
“Dünənki dolu yağışı qısamüddətli idi və elə də qorxulu olmadı. Narahat olmağa dəyməz. Bakı və Abşeron yarmadasında belə hava şəraiti təsadüfi hallarda olur. Dediyim kimi bu, şimal-şərqdən və qərbdən gələn hava axınlarının toqquşması nəticəsində yaranmışdı”.
13:26 / 17 Aprel 2026
23
13:05 / 17 Aprel 2026
41
13:01 / 17 Aprel 2026
223
13:00 / 17 Aprel 2026
38
12:50 / 17 Aprel 2026
46
12:35 / 17 Aprel 2026
40
12:25 / 17 Aprel 2026
51
12:18 / 17 Aprel 2026
150
12:12 / 17 Aprel 2026
47
12:00 / 17 Aprel 2026
68
11:56 / 17 Aprel 2026
48
11:49 / 17 Aprel 2026
51
11:45 / 17 Aprel 2026
58
11:43 / 17 Aprel 2026
49
11:40 / 17 Aprel 2026
720
11:38 / 17 Aprel 2026
49
11:31 / 17 Aprel 2026
53
11:23 / 17 Aprel 2026
172
11:16 / 17 Aprel 2026
55
11:08 / 17 Aprel 2026
47
11:03 / 17 Aprel 2026
601
10:49 / 17 Aprel 2026
54
10:42 / 17 Aprel 2026
531
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.