Azərbaycanda bu MMC ləğv edildi
17 Aprel 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
17.04.2026, 13:01
Azərbaycanda hərbi xidmətə çağırış qaydalarında gözlənilən yeniliklər və çağırışçıların psixoloji hazırlığı məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə, xəstəlik səbəbindən xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması və sağalanların orduya cəlb edilməsi imkanlarının müzakirə edildiyi bir vaxtda, gənclərin mənəvi-psixoloji durumu daha çox önəm kəsb edir.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Oxu24.com-a açıqlamasında mühüm məqamlara toxunaraq, orduda yeni tətbiq olunan sistem və qurumlararası koordinasiyanın vacibliyini diqqətə çatdırıb.
“Hərbi xidmət sırf fiziki deyil, həm də psixoloji hazırlıqdır”.
Ekspert qeyd edir ki, hərbi xidmət öz spesifikasına görə digər sahələrdən kəskin fərqlənir. Burada gənclər birbaşa silah, sursat və partlayıcı maddələrlə təmasda olurlar. Eyni zamanda, fərqli ailə mühitlərində, müxtəlif tərbiyə metodları ilə böyümüş minlərlə gənc eyni kollektivdə cəmləşir. Bu amillər hərbi xidmətə yola düşən gənclərin həm sosial, həm də psixoloji cəhətdən tam hazır olmasını zəruri edir.
Üzeyir Cəfərov Müdafiə Nazirliyində bu sahədə ciddi canlanmanın olduğunu vurğulayıb. Ötən həftələrdə Psixoloji Hərbi Hazırlıq İdarəsinin yeni binasının istifadəyə verilməsini yüksək qiymətləndirən ekspert bildirib:
“Əvvəllər bu idarə kağız üzərində mövcud olsa da, hazırda ayrıca və geniş fəaliyyət göstərən bir quruma çevrilib. Qurum artıq psixoloji problemi olan gənclərlə fərdi qaydada məşğul olacaq və onların sosial vəziyyətini dərindən öyrənəcək”.
Ekspertin sözlərinə görə, cəmiyyətdə həllini tapmamış sosial və psixoloji problemlər bəzən ordu mühitinə də sirayət edir. Gənclər mülki həyatda qazandıqları mənfi vərdişləri və ya həll edə bilmədikləri daxili münaqişələri hərbi hissəyə gətirdikdə, bu, komandir heyəti üçün ciddi çətinliklər yaradır.
“Məqsədimiz odur ki, neqativ vərdişləri olan çağırışçı əsgər və ya çavuş rütbəsi aldıqda, həmin zərərli davranışlardan tamamilə uzaqlaşsın”,– deyə ekspert əlavə edib.
Həmçinin oxuyun
Hərbi xidmət hər bir vətəndaşın konstitusion borcu olsa da, çağırışçıların həyata baxışı müxtəlifdir. Ekspert bildirir ki, normal ailə mühitində böyüyənlərlə yanaşı, valideyn himayəsindən məhrum və ya internat məktəblərində formalaşmış gənclər də var. Belə gənclər böyük kollektivlərə daxil olduqda öz köhnə vərdişlərini tətbiq etməyə meyilli olurlar ki, bu da nizam-intizam qaydalarına ziddir.
Üzeyir Cəfərov yararlılıq qaydalarında edilən dəyişikliklərlə bağlı daha bir vacib məqamı – tibbi müayinə prosesini də xüsusi vurğulayıb. Ekspertin sözlərinə görə, dəyişiklik edən şəxslər ilk növbədə obyektivliyi qorumalıdırlar:
"Xəstəlik səbəbi ilə möhlət alan gənclər yenidən müayinə olunarkən onlara doğru-düzgün analiz aparılmalıdır. Onların uşaq yaşlarından çağırışçı dövrünə qədər keçirdikləri xəstəliklər araşdırılmalıdır. O vaxtlar kompüter, məlumat bazası olmayıb. İndi isə bütün bu məlumatlar toplanmalı və kompleks yanaşma tətbiq edilməlidir ki, orduya həqiqətən sağlam gənclər cəlb olunsun”.
Əvvəllər bu işə Hərbi Komissarlıqlar və Səfərbərlik Xidməti baxırdısa, indi qiymətləndirməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Agentliyin həkim komissiyası aparır. Ekspert bu keçidin məsuliyyətini belə izah edir:
“Subyektivliyə yol verilməməlidir: Müayinələr "hansısa həkimin kefinə görə" yox, dəqiq meyarlarla aparılmalıdır. Masallı rayonunun Qızılağac kəndindən olan vərəm daşıyıcısı Coşqun Sadıqovun 25 yaşında xidmətə aparılması və sonra baş verən faciəli hadisə unudulmamalıdır. Bu kimi hallar həm ailələr, həm də ordu üçün ağır fəsadlar verir”.
Ekspertin qənaətinə görə, edilən dəyişikliklər elə formalaşdırılmalıdır ki, sonradan ordu sıralarında komandirlər üçün əlavə problem yaranmasın. Hərbi xidmət hər kəsin borcu olsa da, bu proses yalnız ordunun güclənməsinə və döyüş hazırlığının yüksəldilməsinə xidmət etməlidir.
Çimnaz Telmanqızı
13:26 / 17 Aprel 2026
23
13:05 / 17 Aprel 2026
41
13:00 / 17 Aprel 2026
38
12:50 / 17 Aprel 2026
46
12:35 / 17 Aprel 2026
40
12:25 / 17 Aprel 2026
51
12:18 / 17 Aprel 2026
150
12:12 / 17 Aprel 2026
47
12:00 / 17 Aprel 2026
68
11:56 / 17 Aprel 2026
48
11:49 / 17 Aprel 2026
51
11:45 / 17 Aprel 2026
58
11:43 / 17 Aprel 2026
49
11:40 / 17 Aprel 2026
720
11:38 / 17 Aprel 2026
49
11:31 / 17 Aprel 2026
53
11:23 / 17 Aprel 2026
172
11:16 / 17 Aprel 2026
55
11:08 / 17 Aprel 2026
47
11:03 / 17 Aprel 2026
601
10:49 / 17 Aprel 2026
54
10:42 / 17 Aprel 2026
531
10:31 / 17 Aprel 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.