Oğuzda buğda daşıyan TIR yanıb
07 İyul 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
813
17.04.2026, 10:11
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan qanunvericiliyinə əsasən çağırış yaşının 18–30 aralığını əhatə etdiyini və bu məsələnin ciddi şəkildə nəzərə alınmalı olduğunu bildirib.
"Söhbət burada insanın fiziki göstəricilərindən gedir. Məsələn, 30 yaşında, əvvəllər xəstəliyi olmuş bir şəxsin yenidən hərbi xidmətə çağırılması real suallar doğurur. Bu yaşda olan insanın 18–20 yaşlı əsgərlərlə eyni xidmət vəzifələrini yerinə yetirməsi bəzən çətin olur və hətta əlavə yükə çevrilə bilər. Bu məsələ dəfələrlə qeyd olunub. Təəssüf ki, bəzi hallarda qanunvericilikdə dəyişikliklər müzakirə edilərkən real xidmət şəraiti və praktik çətinliklər nəzərə alınmır. Halbuki bu qərarları verən şəxslər real hərbi xidmət şəraitini daha yaxından təsəvvür etməlidirlər ki, 30 yaşında, əvvəllər xəstəlik keçirmiş bir şəxsin sıravi əsgər kimi xidmət zamanı hansı çətinliklərlə üzləşə biləcəyini daha düzgün qiymətləndirə bilsinlər".
Ekspert bildirib ki, çağırış yaşı 18-dən 30-a qədər müəyyən olunubsa, bu 12 il ərzində sağlamlıq problemi olmuş şəxsin sonradan hərbi xidmətə cəlb olunması suallar yaradır.
"Əgər həmin xəstəlik xroniki xarakter daşıyırsa və ya ciddi sağlamlıq problemləri olubsa, bunun xidmət zamanı yenidən üzə çıxma ehtimalı yüksəkdir. Hətta sağalmış kimi görünsə belə, xidmətin keyfiyyəti məsələsi ayrıca müzakirə mövzusudur. Bu baxımdan, alternativ xidmət mexanizminin daha geniş tətbiqi məqsədəuyğun ola bilər. Xəstəlik səbəbindən tam hərbi xidmətə yararlı olmayan şəxslər üçün sosial və ya səhiyyə müəssisələrində xidmət imkanı yaradıla bilər. Məsələn, reabilitasiya mərkəzlərində, sosial müəssisələrdə və ya xəstəxanalarda fəaliyyət göstərmək alternativ xidmət kimi dəyərləndirilə bilər".
Onun sözlərinə görə, ümumilikdə məqsəd odur ki, orduya fiziki və psixoloji baxımdan tam yararlı, xidmət vəzifələrini keyfiyyətlə yerinə yetirə bilən şəxslər cəlb olunsun.
"Bu səbəbdən xəstəliklə bağlı meyarların daha dəqiq müəyyənləşdirilməsi və alternativ xidmətin genişləndirilməsi vacib məsələ kimi qiymətləndirilə bilər".
15:05 / 07 İyul 2026
1
14:48 / 07 İyul 2026
32
14:46 / 07 İyul 2026
35
14:31 / 07 İyul 2026
53
14:00 / 07 İyul 2026
66
13:55 / 07 İyul 2026
65
13:52 / 07 İyul 2026
79
13:45 / 07 İyul 2026
75
13:40 / 07 İyul 2026
79
13:36 / 07 İyul 2026
82
13:29 / 07 İyul 2026
81
13:23 / 07 İyul 2026
73
13:15 / 07 İyul 2026
82
13:10 / 07 İyul 2026
1138
12:54 / 07 İyul 2026
372
12:53 / 07 İyul 2026
83
12:42 / 07 İyul 2026
89
12:31 / 07 İyul 2026
510
12:25 / 07 İyul 2026
87
12:18 / 07 İyul 2026
169
12:00 / 07 İyul 2026
2206
11:58 / 07 İyul 2026
93
11:52 / 07 İyul 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.